Cənubi Koreya rəsmiləri şənbə günü bildiriblər ki, keçən ay Cənubi Koreyada qəzaya uğrayan Boeing təyyarəsinin qara qutuları qəzadan təxminən 4 dəqiqə əvvəl qeydər almağı dayandırıb. Bu da 179 nəfərin ölümü ilə nəticələnən fəlakətin səbəblərinə dair araşdırmanı çətinləşdirə bilər.
Cənubi Koreya Nəqliyyat Nazirliyi bildirib ki, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası cihazları təhlil etdikdən sonra belə qənaətə gəlib ki, uçuş məlumatları və pilot kabinəsindəki səsləri yazan qurğu qəzadan təxminən dörd dəqiqə əvvəl işləməyi dayandırıb.
Jeju Air aviaşirkətinə məxsus Boeing 737-800 təyyarəsi dekabrın 29-da Cənubi Koreyanın Muan şəhərində eniş qurğusunun açılmamasından sonra uçuş-enmə zolağından çıxaraq, beton konstruksiyaya çırpılıb və alovlanıb. Nəticədə təyyarədə olan 181 nəfərdən ikisi istisna olmaqla hamısı həlak olub.
Cənubi Koreya rəsmiləri qara qutuların ilkin təhlilindinən sonra bəzi məlumatların əskik olduğunu aşkar edib və cihazları daha yaxından tədqiq olunması üçün NTSB-yə göndəriblər. Nəqliyyat Nazirliyi, cihazların nə üçün son dörd dəqiqə ərzində məlumatları qeyd edə bilmədiyinin dərhal aydın olmadığını bildirib.
“Pilot kabinəsindəki səsləri və uçuşla bağlı məlumatları yazan qurğu” qəzaların araşdırılmasında mühüm rol oynayır, amma bu cür təhqiqatlar müxtəlif məlumat mənbələrinin tədqiqi və təhlili yolu ilə aparılır və biz qəzanın səbəbini müəyyən etmək üçün əlimizdən gələni etməyi planlaşdırırıq,” nazirlik açıqlamasında bildirib.
Cənubi koreyalı təhqiqatçılar bildiriblər ki, təyyarən təhlükə siqnalı verməzdən iki dəqiqə əvvəl aviadispetçerlər pilota mümkün quş zərbələri barədə xəbərdarlıq ediblər. Təhlükə siqnalıının verilməsi quşla zərbənin baş vermiş ola biləcəyinə təsdiqləyir. Bunun ardınca isə pilot təcili eniş etməyə cəhd edib.
Mütəxəssislər yüksək tələfat sayını Muan hava limanının lokalizator sistemi, yəni təyyarənin çırpıldığı beton tikili, ilə əlaqələndirdikdən sonra Cənubi Koreya rəsmiləri hava limanında təhlükəsizliyi yaxşılaşdıracaqlarını vəd ediblər. Eniş zamanı təyyarələri istiqamətləndirmək üçün nəzərdə tutulmuş antenalar dəsti olan lokalizator hündür bənddə kirlə örtülmüş beton konstruksiyada yerləşdirilmişdi. Bu da, tikilinin zərbə zamanı daha asan qırılacaq daha yüngül materiallardan tikilməli olub-olmaması ilə bağlı suallar doğurub.
Forum