Cümə günü Los Ancelesdə yanğınsöndürənlər artıq dördüncü gündür ki, minlərlə evi dağıdan və ən azı 11 nəfərin ölümünə səbəb olan meşə yanğınları ilə mübarizə aparıblar.
Rəmsilər xəbərdalrıq edib ki, bir neçə yerdə davam edən yanğın nəzarət altına alınandan və işçilər dağntılar altında axtarışlar aparmağa başlayanan sonra ən son cümə axşamı yenilənn tələfat sayı arta bilər.
Yanğınsöndürmə əməliyyatları hələ də davam edir, cümə günü küləklərin bir az yavaşlaması səbəbilə su tökən helikopterlər daha çox iş görə bilib.
Prezident Co Bayden cümə günü federal hökumətin meşə yanğınları ilə mübarizəyə yardım səylərini müzakirə etmək üçün yüksək səviyyəli rəsmilərlə görüşüb.
“Təssüf ki, bu sahədə çox təcrübəmiz var,” Bayden cümə günü müxbirlərə deyib. “İqlim dəyişikliyi realdır. Administrasiyamızın son dörd ilində real olub. Biz onun çox dağıdıcı təsilərini görmüşük.”
Kaliforniya Meşə və Yanğından Mühafiə Departamentinin bildirdiyinə əsasən, cümə səhərə olan məlumata görə, yanğınlardan ən böyük olanı Palisades yanğınının yalnız 8 faizinin qarşısı alınıb. Yanğın 8 min hektardan çox ərazini yandırıb.
Departament bildirib ki, ikinci ən böyük yanğın olan İton yanğınının 3 faizi nəzarət altına alınıb. O, təxminən 6 min hektar torpağın yanmasına səbəb olub.
Palisades və İton yanğınları artıq Los Anceles tarixində ən dağıdıcı yanğınlar hesab olunur. İkisi birlikdə təxminən 85 kvadrat kilometr ərazini yandırıb, 10 min tikilini məhv edib və ya ziyan vurub.
“Sanki bu ərazilərə atom bombası düşüb,” Los Anceles Qraflığının şerifi Robert Luna cümə axşamı keçirilən mətbuat konfrasında deyib.
Federal Fövqəladə Halların İdarəso Agentliyinini Dian Krisvel Kaliforniyadan video bağlantı vasitəsilə Ağ Evdə müxbirlərə deyib ki, küləklərin cümə günündən sonra yenidən güclənəcəyi gözlənilir.
Bayden cümə günü mübirlərə deyib ki, onun administrasiyası qarşıdan gələn Tramp administrasiyası ilə koordinasiya edir.
Yeni seçilən prezident Donald Tramp böhrana görə Bayden və Kaliforniya qubernatoru Qavin Nyusomu günahlandırıb. “Buna görə ö günahkardır,” Tramp Truth Social-da Nyusoma istinadən yazıb.
Tramp iddia edib ki, yanğınlara görə Kaliforniyanın su siyasəti günahkardır, amma Los Ancelesdə son dərəcə quru hava və şiddətli Santa Aa küləkləri yaşanır.
Forum