Accessibility links

Rusiya Ukrayna dronunun hücumu nəticəsində Tambov bölgəsində 3 nəfərin yaralandığını bildirib


Kyiv. 10 yanavar, 2025.
Kyiv. 10 yanavar, 2025.

Rusiya şənbə günü bildirib ki, Ukrayna Rusiyanın bir sıra bölgələrinə dronlarla hücum edib, nəticədə Tambov vilayətində iki yaşayış evinə zərbə endirilib, azı üç nəfər yaralanıb.

Bölgə rəhbəri Yevgeni Pervışov Telegram mesajlaşma proqramında deyib ki, dronların Moskvadan təxminən 480 kilometr cənub-şərqdə yerləşən Kotovsk şəhərində iki evi vurması nəticəsində şüşələrin sınması səbəbilə xəsarət alan insanlara tibbi yardım göstərilib.

Onun sözlərinə görə, binalara çox az ziyan görüb, sakinlərə müvəqqəti yaşayış yeri təklif olunub və evakuasiya tələb olunmayıb.

“Üç nəfərdə sınmış pəncərələrin qırıqları nəticəsində kəsiklər olub, daha dörd nəfər yüksək təzyiqdən şikayət edib,” o deyib.

Rusiya Müdafiə Nazirliyi isə gecə ölkənin bir sıra regionlarında Ukraynanın 85 dronunu, o cümlədən Qara dəniz üzərində 31, Voronej və Krasnodar vilayətlərinin hər birində 16, Azov dənizi üzərində isə 14 dronu vurduğunu və məhv etdiyini bildirib.

Rusiyanın aviasiyaya nəzarət orqanı Rosaviatsia Volqa çayı bölgələrindəki Kazan, Nijnekamsk və Ulyanovsk şəhərlərindəki hava limanlarının uçuşları müvəqqəti olaraq dayandırdığını bildirib.

Bundan əlavə Saratov şəhərində də təhlükəsizliyi təmin etmək üçün uçuşların dayandırıldığı elan edilib.

Kyivin hava qüvvələri şənbə günü səhər saatlarında verdiyi açıqlamada, Rusiyanın bir gecədə Ukraynaya 74 dronla hücum etdiyini, onlardan 47-nin vurulduğunu, 27-nin isə hədəflərinə çatmadan radarlardan itdiyini bildirib.

Ukrayna münaqişəsinin hər iki tərəfi ucuz kommersiya dronlarını ölümcül silaha çevirib və onların istehsalını artırıb.

Həm Rusiya, həm də Ukrayna əsgərləri dronlara qarşı qeyri-iradi qorxularının yarandığını bildiriblər və hər iki tərəf öz propaqandasında ölümcül dron zərbələrinin video görüntülərindən istifadə edib.

Cümə günü Rusiya Ukraynanı Rusiyanın nəzarətində olan Ukraynanın şərqindəki Donetsk şəhərində supermarketə raket zərbəsi endirməkdə ittiham edib.

Forum

XS
SM
MD
LG