Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-a başsağlığı verib.
Xarici İşlər Nazirliyinin başsağlığında deyilir ki, ABŞ-ın Kaliforniya ştatında baş verən yanğınların səbəb olduğu geniş dağıntılar bizi dərindən kədərləndirir.
“ABŞ hökumətinə və xalqına, qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bütün xəsarət alanların tezliklə sağalmalarını arzu edirik”, nazirlik X Platformasına məlumat yayıb.
ABŞ-ın qərbindəki Kaliforniya ştatının rəsmiləri Los-Anceles şəhərini külə çevirən güclü meşə yanğınları nəticəsində azı 10 nəfərin öldüyünü bildirib.
Los Anceles Qraflığı tibbi ekspertizası cümə axşamı, əvvəlki hesabatlardakından iki dəfə artıq yeni ölənlərin sayını açıqlayıb. Səlahiyyətlilər xəbərdarlıq edir ki, yanğınlar nəzarət altına alındıqdan və işçilər xarabalıqları axtardıqdan sonra ölənlərin sayı arta bilər.
Forum