Accessibility links

Kyiv Rusiyanın bir gecədə 72 dronla Ukraynaya hücum etdiyini bildirir


Ukrayna Hərbi Hava Qüvvələri cümə günü bildirib ki, Rusiya bir gecədə 72 pilotsuz uçan aparatla (PUA) ilə hücum təşkil edib. PUA-lardan 33-ü vurulub, 34-ü isə hədəflərinə çatmadan radarlardan itib.

Beş dron isə Çerniqovun şimal bölgəsində müxtəlif binalara zərbələr endirib, bir nəfər yaralanıb. Vurulmuş dronlardan biri paytaxt Kyivdə binanın üzərinə düşsə də itkilərə səbəb olmayıb.

Reuters-in çəkdiyi videolarda partlayış səsi və gecə hücumu zamanı pataxta uzaqda yanan yanğın görüntüləri var

Səhəri gün çəkilmiş videolarda Kyivdəki çoxmərtəbəli yaşayış binasının pəncərələrinin sındığı və həyətdəki avtomobillərə ziyan dəydiyi görünür.

Rusiya son bir neçə ayda uzaqmənzilli dronlardan istifadə edrək Ukraynaya intensiv hücumlar həyata keçirir. Moskva üç ildir müharibə apardığı qonşusunun hava hücumundan müdafiə qabiliyyətini tükəndirmək niyyətindədir.

Bu arada isə Ukrayna ordusu cümə günü Rusiyanın nəzarətində olan Donetsk şəhərində bir supermarketə ABŞ tərəfindən təchiz edilmiş raketlərdən istifadə edərək hücum həyata keçirib. Nəticədə iki nəfər yaralanıb. Bunu Rusiyanın dəstəklədiyi yüksək rütbəli məmur bildirib.

Məsələ ilə əlaqədar Ukrayna tərəfi şərh verməyib.

Hücum anı yaxınlıqda olan bir sürücünün avtomobilində olan video kamerasına yaxalanıb. Görüntüdə Moloko (Süd) adlanan supermarketin vurulduğu an və daha sonra böyük bir partlayışın ardınca da alovların göyə qalxdığı görsənir.

Reuters yaxınlıqdakı binanın fasadlarından, lövhələrindən və peyk görüntüləri və küçə görüntülərinə əsasən hadisənin yerini təsdiqləyə bilib.

Rusiya tərəfindən dəstəklənən yüksək rütbəli məmur Denis Pushilin Ukrayna ordusunun səhər saatlarında etdiyi hücumda ABŞ-ın təhciz etdiyi HIMARS raketlərindən istifadə etməkdə ittiham edib.

Rusiyanın TASS dövlət xəbər agentliyi hücumda digər binalara və 15-ə yaxın avtomobilə ziyan dəydiyini bildirib.

Forum

XS
SM
MD
LG