Accessibility links

Azərbaycanın Los Ancelesdəki konsulluğu evakuasiya edilib


Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib.

O, qeyd edib ki, evakuasiyaya baxmayaraq distant qayada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin yanğının gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, indiki anadək Los Ancelesdə yanğın zamanı Azərbaycan vətəndaşlarının və onlara məxsus ofislərin ziyan çəkməsi ilə bağlı Azərbaycan konsulluğuna məlumat daxil olmayıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu bildirir ki, Los-Ancelenos insan tələfatına, yerdəyişmələrə və böyük dağıntılara səbəb olan dağıdıcı meşə yanğınları ilə üzləşdiklərinə görə onlara dərin rəğbət və həmrəyliyini bildirir.

"Biz bu kədərli və çətin vaxtda zərər çəkmiş icmaların, sakinlərinin yanındayıq. Fikirlərimiz başqalarını qorumaq üçün həyatlarını riskə atan cəsur yanğınsöndürənlər və ilk müdaxilə edənlərlə, eləcə də yaxınlarını və evlərini itirənlərlədir. Təsirə məruz qalanların hamısına güc, möhkəmlik və tez sağalma arzulayırıq", konsulluğun məlumatında deyilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG