Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı Almaniyadakı müttəfiqlərinə və tərəfdaşlarına deyib ki, “indi oyundan çıxmaq və Rusiyaya qarşı Ukraynaya dəstəyi dayandırmaq ağılsızlıq olar”.
“Aydındır ki, Avropa və bütün dünya üçün yeni fəsil cəmi 11 gün sonra başlayacaq” - deyə, Zelenski Almaniyanın Ramşteyn şəhərində Ukrayna Müdafiə Əlaqələri Qrupuna ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın prezident kimi andiçmə mərasiminə toxunaraq bildirib.
“Biz daha çox əməkdaşlıq etməli, bir-birimizə daha çox güvənməli və birlikdə daha böyük nəticələrə nail olmalıyıq. Dünyada baş verənlərdən asılı olmayaraq, hər kəs öz ölkəsinin sadəcə xəritədən silinməyəcəyinə əmin olmaq istəyir", Zelenski əlavə edib.
Ukraynalılar Rusiyanın davamlı hücumları ilə mübarizə apardıqca, onların mübarizəsinə beynəlxalq dəstək qeyri-müəyyəndir. Tramp Prezident Co Bayden yanvarın 20-də vəzifəsini tərk etməsindən sonra Ukraynanın Müdafiə Əlaqələri Qrupuna Amerikanın rəhbərliyini davam etdirib-etdirməyəcəyini açıqlamayıb.
Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya təcavüzündən bəri 50-yə yaxın ölkədən ibarət qrup Kyivə 126 milyard dollardan çox silah, təlim və avadanlıq verib. ABŞ təxminən 66 milyard dollar ayırıb ki, bu da qrupun yardımının yarıdan bir qədər çoxunu təşkil edir.
Qrup işğaldan sonra təhlükəsizlik yardımını koordinasiya etmək üçün ABŞ Müdafiə Naziri Lloyd Astinin rəhbərliyi altında bir araya gəlib. Cümə axşamı Austin Kyiv üçün 500 milyon dollarlıq əlavə silah və avadanlıqveriləcəyini elan edib və rəsmilərin dediyinə görə, bu, Baydenin vəzifəsindən getməsindən əvvəl son hərbi yardım paketi olacaq.
Onun sözlərinə görə, paketə Ukraynanın hava hücumundan müdafiəsi üçün əlavə raketlər, daha çox artilleriya sursatları, hava-yer döyüş sursatları və Ukraynanın F-16 qırıcılarını dəstəkləmək üçün avadanlıqlar daxildir.
Forum