Accessibility links

İctimai fəal Rail Abbasov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib


Rail Abbasov
Rail Abbasov

Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan ictimai fəal Rail Abbasovun işi üzrə proses başa çatıb.

Abbasov son sözündə bildirib ki, əsassız olaraq həbs edilmiş dostu, insan haqları fəalı Bəxtiyar Hacıyevi müdafiə etdiyinə görə saxta ittihamla həbs edilib. Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

"Bildirdi ki, hər hansı cinayət törətməyib və bu cinayət işi ona qarşı qurulmuş bir əməliyyatdır. Dedi ki, hər hansı pul almayıb. Biz hökmdən narazıyıq və apellyasiya şikayəti verəcəyik" - deyə, vəkil qeyd edib.

Fəal öz işinin saxtalaşdırılmasının sübutu kimi işində çoxsaylı uyğunsuzluqlar göstərib və məhkəmədən ədalətli qərar çıxarmağı xahiş edib.

Lakin məhkəmə bunları nəzərə almayıb və Rail Abbasov barəsində 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə hökmü çıxarıb.

Rail Abbasov 20 sentyabr 2023-cü ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə həbs olunub.

Abbasov ittihamları təkzib edir.

Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG