Accessibility links

Hərbi çağırış xidmətinin 95 əməkdaşının işinə prokurorluq baxacaq


2024-cü ildə Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib.

Bu barədə Dövlət Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

“Korrpupsiyaya qarşı mübarizə üzrə qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78, ötən ildə 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 13 əməkdaş mənfi motivlə ehtiyata buraxılıb və əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 51 fakt üzrə 95 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Baş Prokurorluğuna göndərilib”, məlumatda qeyd edilir.

Xatırladaq ki, son illərdə “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Prezident İlham Əliyev fərman imzalayıb.

Sənədə əsasən 2024-cü ilin iyulundan etibarən çağırışçılara yekun tibbi rəyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi verir.

Bununla yanaşı, 2024-cü ildə hərbi xidmətdən boyun qaçırma hallarının qarşısının alınması məqsədi ilə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmasını tənzimləyən qanunvericilik aktlarında, eləcə də Cinayət, İnzibati Xətalar və Miqrasiya Məcəllələrində dəyişikliklər edilib.

Hərbi ekspert Üzeyir Cəfərov Amerikanın Səsinə deyib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ciddi islahatlara və ixtisarlara ehtiyac var:

“Bir neçə nəfərin həbsi ilə islahat aparmaq mümkün deyil. Həbslər bu sistemdə çox xırda işlərdir. Bu sistem əslində Sovet dönəmindən qalan hərbi komissarlıqdır. Hərbi komissarlıq sistemi təkmilləşdirilmədi, sadəcə adı dəyişdirildi. O qurumda həddindən artıq şişirdilmiş ştatlar var. Bu ştatlar yarıyadək ixtisar edilməlidir”, o qeyd edib.

Bununla yanaşı, hərbi ekspert qanunvericiliyə edilən dəyişikliklə hərbi xidmətə çağırışın yuxarı yaş həddinin 35-dən 30-a endirlməsini müsbət qarşılayır.

“Yaş həddinin yuxarı həddinin aşağı salınmasının əsas səbəblərindən biri də hərbi xidmət zamanı yaş fərqinin özünü büruzə verməsidir. Bu, hərbi hissələrdə nizamnamədənkənar atmosferin yaxşılaşdırılmasına hesablanmış addımdır. Yaş fərqi istər-istəməz mentalitetdə özünü göstərir”, o qeyd edib.

Ekspert hesab edir ki, ilkin hərbi çağırış yaşını da dəyişmək lazımdır.

“Orta məktəbi bitirən kimi gəncləri hərbi xidmətə aparmaq kökündən yanlışdır. Bu, Sovet hərbi sistemindən qalmış əcaib bir qaydadır. Bu, həm də orta məktəbi bitirdikdən sonra birinci ili ali təhsil məktəblərinə qəbulda uğur qazana bilməyən gənclərin yenidən ali təhsil məktəblərinə hazırlıq üçün şansının əlindən alınmasıdır”, Cəfərov bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG