Accessibility links

Türkiyə və Azərbaycan prezidentləri regional məsələləri müzakirə edib


İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

Yanvarın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini vurğulayıb. Türkiyə Prezidenti ölkəsinin Cənubi Qafqaz regionunda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyərək, hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib”, məlumatda qeyd edilir.

Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf etdiyini deyib, ölkələrin hər zaman bir-birinin yanında olduqlarını vurğulayıb.

Telefon söhbəti zamanı 2025-ci ildə "iki qardaş ölkə arasında" əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Həmçinin dövlət başçıları təmasların davam etdirilməsi məsələsini qeyd ediblər.

Prezident ilham Əliyev (Mənbə: Prezident Administrasiyası)
Prezident ilham Əliyev (Mənbə: Prezident Administrasiyası)

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziyalara müsahibəsində Azərbaycan-Türkiyə müttəfiqliyinə geniş yer verib. Əliyev Azərbaycanın Türkiyə ilə birgə Suriyanın inkişafına dəstək verməyə hazır olduğunu, regionda təhlükəziliyin təminatında Türkiyənın yanında olduğunu bəyan edib.

“Biz Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir. Necə ki, Türkiyə istənilən formada, hər bir məsələdə bizim yanımızdadır, biz də onun yanındayıq. Bizim Müttəfiqlik Bəyannaməmiz hər gün yeni amillərlə zənginləşir”, o qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan sülh prosesindən danışarkən Ermənistanın silahlanmasının regionda "yeni gərginliyə" gətirib çıxaracağını bildirib.

“Biz bunu istəmirik. Biz sülh istəyirik,” o bildirib və Azərbaycanın Ermənistan üçün təhlükə mənbəyi olmadığını vurğulayıb, eyni zamanda əlavə edib ki, Ermənistanın "Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinə" qarşıdır.

"Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır,” Əliyev deyib.

Nikol Paşinyan (Mənbə: Armenpress)
Nikol Paşinyan (Mənbə: Armenpress)

Nikol Paşinyan öz cavabında bildirib ki, Ermənistan sülh strategiyasına sadiq qalacağıq və sülh gündəmini ardıcıl olaraq həyata keçirməyə davam edəcəyik.

Azərbaycan Prezidentinin “Zəngəzur dəhlizinın” açılacağı ilə bağlı dediklərinə gəlincə Paşinyan deyib ki, Ermənistan “Dünyanın kəsişməsi” layihəsini masaya qoyub və həyata keçirməyə hazırlaşır.

“Bizim gündəmimizdə başqa layihə yoxdur. “Dünyanın kəsişməsi” regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasını, o cümlədən Ermənistan ərazisindən Azərbaycan-Azərbaycan və Azərbaycan ərazisindən Ermənistan marşrutu üzrə kommunikasiyaların açılmasını nəzərdə tutur. Artıq demək imkanım olub ki, biz Azərbaycana Yerasx-Sədərək-Ordubad-Meğri-Zəngilan dəmir yolunun açılması ilə bağlı çox konkret təklif vermişik. Bu, təklifdən çox, konkret məsələlərin konkret həllidir və biz Azərbaycandan müsbət reaksiya gözləyirik, bundan sonra razılıq əldə olunacaq, kağıza yazılacaq və biz bölgəmizdə dəmir yolunun tikintisinə başlayacağıq”.

Azərbaycan Prezidentinin Ermənistanın silahlanmasının regionda gərginlik yaradacağı fikrilərinə gəlincə Baş nazir bildirib ki, Ermənistan ordusunun islahat proqramında qeyri-legitimlik elementləri yoxdur.

Forum

XS
SM
MD
LG