Accessibility links

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi: Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır


Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Prezident İlham Əliyev ilə görüşüb
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Prezident İlham Əliyev ilə görüşüb

Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasında maraqlıdır.

Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Prezident İlham Əliyev ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır.

Maqdalena Qrono Azərbaycanın region və onun hüdudlarından kənar kontekstində əhəmiyyətinə toxunaraq, bu xüsusda Avropa İttifaqı ilə Azərbaycan arasında dialoqun önəmini vurğulayıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini deyən qonaq, xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyyarə qəzası ilə bağlı dərin hüznlə başsağlığını çatdıraraq, aviaqəzanın bütün səbəblərinin hərtərəfli şəkildə araşdırılacağına ümidvarlığını bildirib.

Öz növbəsində Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın zəngin tarixə malik olduğunu vurğulayıb.

Bu xüsusda, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji, nəqliyyat, investisiyalar, ticarət və qarşılıqlı maraq doğuran digər sahələrlə bağlı məsələlərə toxunulub.

Prezident Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirib və Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesinin ikitərəfli müstəvidə aparıldığını deyib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı üçün təmasların davam etdirilməsinin vacibliyi vurğulanıb.

Bir sıra yerli müşahidəçilər Azərbaycan və Avropa İttifaqı arasında son illər gərginliyin artdığını deyir.

Rəsmi Bakı Aİ ilə birbaşa deyil, üzv dövlətləri ilə münasibətlərdə ikitərəfli əməkdaşlıq formatına üstünlük verir.

Prezident Əlyev yanvarın 7-də yerli telekanallara müsahibəsində bildirib ki, Avropanın enerji təchizatında Azərbaycan mühüm rol oynayır. O enerji layihələrinin maliyyələşdirilməsində Avropanın maliyyə qurumlarının iştirakda maraqlı olmamasını deyib. Dövlət başçısı Azərbaycanın çoxsaylı Avropa dövlətlərinin qaz təchizatında perspektiv roluna da toxunub.

Bundan əlavə Azərbaycan Aİ-nin ölkədə insan haqlarının vəziyyəti ilə bağlı narahatlıqlarını qəbul etmir.

Belə ki, Avropa Parlamenti dekabrın 19-da Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə, müstəqil mediaya və siyasi müxalifətə qarşı repressiyalarını “kəskin şəkildə” pisləyən, siyasi məhbusların azad edilməsini tələb edən və yüksək vəzifəli məmurlara qarşı hədəfli sanksiyaların tətbiqinə çağıran qətnamə qəbul edib.

Parlament Avropa İttifaqını (Aİ) qlobal insan haqları sanksiya rejimi çərçivəsində ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Rəsmi Bakı Aİ-nin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı narahatlıqlarını qəbul etmir. Fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının tam təmin edildiyini vurğulayır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG