Accessibility links

Kyivdə Rusiyanın dron hücumu nəticəsində 1 nəfər ölüb


Kyiv, Ukrayna. 1 yanvar, 2025.
Kyiv, Ukrayna. 1 yanvar, 2025.

Ukraynanın paytaxtında rəsmilər bildiriblər ki, çərşənbə günü Rusiya dronunun hücumu nəticəsində ən azı bir nəfər ölüb, altı nəfər yaralanıb.

Kyiv Şəhər Hərbi Administrasiyasının rəhbəri Serhii Popko Telegram-da bildirib ki, bir qadın hücum zamanı dağılmış yaşayış binasının dağıntıları altında ölü tapılıb.

Ukraynanın Dnipropetrovsk regionunun qubernatoru Serhiy Lısak Rusiyanın artilleriya, raket və dronlarla hücum etdiyini, 7 evə və bir tibb mərkəzinə ziyan vurduğunu bildirib.

Ukrayna ordusu Rusiya qüvvələrinin 111 dronundan 63-nü vurduğunu bildirib.

Ordunun bildirdiyinə görə, onlar Çerkası, Çernihiv, Xmelnitski, Kirovohrad, Kyiv, Mikolaiv, Poltava, Sumı, Zaporojjya və Jitomir vilayətlərində vurulub.

Rusiya Müdafiə Nazirliyi çərşənbə günü Kursk vilayətində Ukraynaya məxsus dronu məhv etdiyini bildirib.

Qonşu Bryanskda region qubernatoru Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin iki pilotsuz uçan aparatı məhv etdiyini, tələfat və dağıntının olmadığını bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı xalqına Yeni il müraciətində deyib ki, ölkəsi yeni ildə Rusiya ilə müharibəni dayandırmaq üçün əlindən gələni edəcək.

"Və gələn ildə hər gün mən və hamımız kifayət qədər güclü Ukrayna üçün mübarizə aparmalıyıq. Çünki yalnız belə bir Ukrayna həm döyüş meydanında, həm də danışıqlar masası arxasında hörmətlə qarşılanır və eşidilir," Zelenski bildirib.

"2025-ci il bizim ilimiz olsun. Ukrayna ili. Biz bilirik ki, sülh bizə hədiyyə olaraq verilməyəcək, ancaq biz Rusiyanı dayandırmaq və müharibəni bitirmək üçün hər şeyi edəcəyik. Hər birimizin arzuladığı budur," o əlavə edib.

Vaşinqtonda yerləşən Müharibə Tədqiqat İnstitutunun məlumatlarına görə, 2024-cü ildə Ukrayna 2023-cü ilə nisbətən yeddi dəfə çox torpaq verib: təxminən 4000 kvadrat kilometr, əsasən şərqdə. Eyni zamanda, Ukrayna Kurskda Rusiya ərazisinin bir neçə yüz kvadrat kilometrini ələ keçirib. Rusiya 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləyə başlayıb.

Forum

XS
SM
MD
LG