Accessibility links

Rusiya: Ukrayna pilotsuz təyyarəsinin hücumu Smolenskdə yanğına səbəb olub


Rusiya rəsmiləri çərşənbə axşamı bildiriblər ki, məhv edilmiş Ukrayna pilotsuz təyyarəsinin dağıntıları Smolensk vilayətindəki neft obyektinin üzərinə düşərək yanğına səbəb olub.

Rusiya Müdafiə Nazirliyi gecə ərzində 10-u Smolensk səmasında olmaqla, ümumilikdə 68 Ukrayna pilotsuz təyyarəsini vurduğunu bildirib. Nazirlik bildirib ki, Bryansk, Krım, Krasnodar, Tver, Rostov, Kursk və Kaluqa vilayətləri üzərində də təyyarələr vurulub.

Hücumlar nəticəsində tələfat və dağıntılar barədə başqa məlumat yoxdur.

Bu arada Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın raket hücumları Kyiv və Sumı bölgələrini hədəf alıb.

Ukrayna ordusu Rusiyanın gecə boyu atdığı 21 raketdən 6-nı vurduğunu, eyni zamanda 40 rus pilotsuz təyyarəsindən 16-nı məhv etdiyini bildirib.

Kyiv Şəhər Hərbi Administrasiyasının rəhbəri Serhii Popko bildirib ki, məhv edilmiş raketlərin qalıqları Ukrayna paytaxtında üç binaya ziyan vurub.

Ukraynanın şimal-şərqindəki Sumı vilayətində rəsmilər bildiriblər ki, raket hücumu Şostka qəsəbəsindəki infrastruktur obyektlərini hədəf alıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: "Tramp savaşı bitirməkdə "həlledici" rol oynaya bilər"
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG