Accessibility links

Təbrizdə siyasi fəallar Nima Radməniş və Hüseyn İsmaili müvəqqəti azadlığa buraxılıblar


Hüseyn İsmaili və Nima Radməniş
Hüseyn İsmaili və Nima Radməniş

Təbrizdə siyasi fəallar Nima Radməniş və Hüseyn İsmaili təqribən iki həftə nəzarətdə saxlanıldıqdan sonra müvvəqqəti olaraq sərbəst buraxılıblar.

Bu barədə xəbər saytları və sosial şəbəkələrdə məlumat yayılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən Radməniş və İsmaili müvafiq olaraq 700 milyon və 400 milyon tümənlik mülki zəmanət qarşılığında məhkəmə prosesi başa çatana qədər azad ediliblər.

HRA agentliyi fəalların bazar günü sərbəst buraxıldığını bildirib. Bölgədə yaşayan bəzi türk fəallar sərbəst buraxılan fəalların görüşünə gediblər. Araz News Telegram kanalı həmin görüşdən bir şəkil paylaşıb.

Radməniş və İsmaili dekabr ayının 15-də İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınmışdılar.

Sosial şəbəkələrdə paylaşılan məlumata görə, fəallara təqribən iki həftəlik nəzarət müddətində ailələri ilə təmas qurma haqqı verilməyib.

HRA agentliyinin bildirdiyinə görə, nəzarətə alındıqdan sonra hər iki fəalın evində axtarış aparılaraq bəzi şəxsi əşyaları müsadirə edilib.

Milli fəallara qarşı irəli sürülən ittihamlarla əlaqədar məlumat yayılmayıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: "Tramp savaşı bitirməkdə "həlledici" rol oynaya bilər"
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG