İran bazar ertəsi italyan jurnalist Sesiliya Salanı ölkənin paytaxtı Tehranda saxladığını təsdiqləyib. İranın dövlət xəbər agentliyi İRNA-nın məlumatına görə, Sala “İslam Respublikasının qanunlarını pozmaqda” ittiham olunur.
İtaliyanın “Il Foglio” qəzetinə və Chora Media-da “Hekayələr” podkastına töhfə verən jurnalist dekabrın 19-da hakimiyyət orqanları onu həbs edən zaman jurnalistika vizası ilə İranda olub.
29 yaşlı Sala Tehranın Evin həbsxanasında saxlanılır və ona ailəsinə zəng etməyə icazə verilib.
Salanın həbsinin təfərrüatları dekabrın 27-dək açıqlanmayıb. Onun həbsi ABŞ-lı iş adamı, Abedini kimi tanınan Məhəmməd Abedininajafabadinin tələbi ilə İtaliyanın Milanda İsveçrə əsilli İran vətəndaşını həbs etməsindən bir neçə gün sonraya təsadüf edib. O, İordaniyada pilotsuz təyyarənin hücumu nəticəsində öldürülən üç ABŞ hərbçisinin ölümünə səbəb olan xarici terror təşkilatına dəstək verməkdə ittiham edilir.
İtaliyanın xarici işlər naziri Antonio Tajani şənbə günü İranın Salanın həbsinin Abedininin saxlanmasına cavab ola biləcəyini söyləməkdən imtina edib. Tajani deyib ki, Salanın işi "mürəkkəbdir", lakin Roma onu tez bir zamanda evə qaytaracağına ümid edir. O əlavə edib ki, jurnalist təkadamlıq kamerada saxlanılır.
ABŞ Dövlət Departamentinin sözçüsü İtaliyanın la Repubblica qəzetinə deyib ki, Salasın həbsinin Nəcəfabadinin həbsinə cavab olduğu düşünülür.
İfadə azadlığı qrupu PEN Ukrayna bəyanatında bildirib ki, Sala hicabla bağlı yeni qanunun qadınlara necə təsir etdiyi barədə məlumat vermək üçün İrana səfər edib. Qrup əlavə edib ki, Sala daha əvvəl Rusiyanın şərqdəki cəbhə xəttindən, Xerson və Çerniqovdan Ukraynaya genişmiqyaslı işğalı barədə məlumat verib. Onun müharibə haqqında reportajı 2023-cü ildə nəşr olunan "L'incendio" adlı kitaba çevrilib.
"Sala İtaliya media mühitində Rusiyanın Ukraynaya təcavüzü haqqında həqiqəti yaymaq üçün güclü bir səs olub" - deyə, PEN Ukrayna bildirib.
Sala Ukraynadakı xəbərləri ilə yanaşı, Əfqanıstanda Kabilin süqutu və Venesuela haqqında da məlumat verib.
Jurnalistikada Qadınlar üçün Koalisiya sosial mediada səlahiyyətliləri Salanı azad etməyə çağırıb.
“Biz bu hadisəni təkcə jurnalistin ədalətsiz həbsi deyil, həm də transmilli repressiya kimi qəbul edirik”, media hüquqlarını müdafiə qrupu bildirib.
Jurnalistləri Müdafiə Komitəsi və ya CPJ həbsi narahtedici adlandırıb.
CPJ-nin baş icraçı direktoru Codi Qinsberq açıqlamasında “İranın həm yerli, həm də xarici jurnalistləri ölkədəki həyat həqiqətlərini xəbər verdiyinə görə həbs etməsinin uzun və alçaldıcı tarixi var” deyib.
CPJ-in məlumatına görə, İran dünya miqyasında jurnalistlərin həbsi üzrə 6-cı ən pis ölkədir.
Forum