Accessibility links

Azərbaycan Prezidenti qəzaya uğrayan təyyarənin Rusiya tərəfindən təsadüfən vurulduğunu deyib


Azərbaycan Prezidenti İlham Əliyev bazar günü bildirib ki, ötən həftə qəzaya uğrayan Azərbaycan təyyarəsinin Rusiya tərəfindən təsadüfən vurulub və Moskvanı günlərlə məsələyə “sakit münasibət göstərmək” cəhdinə görə tənqid edib.

"Tam aydınlıqla deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vurulub.Biz demirik ki, bu, qəsdən edilib, amma edilib", o, Azərbaycan dövlət televiziyasına bildirib.

Əliyevin sözlərinə görə, çərşənbə günü Qazaxıstanda qəzaya uğrayan təyyarə Rusiya səmasında yerdən atəşə tutulub və "elektron müharibə ilə idarəolunmaz hala düşüb".

Əliyev deyib ki, Rusiya rəsmiləri tərəfindən irəli sürülən versiyalar onu “əsəbləşdirir və təəccübləndirir”.

“Təəssüf ki, ilk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitmədik”.

Qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub.

Kreml təyyarənin eniş etməyə çalışdığı Çeçenistan Respublikasının paytaxtı Qroznı bölgəsində Ukraynanın pilotsuz təyyarəsinin zərbəsini dəf etmək üçün hava hücumundan müdafiə sistemlərinin atəş açdığını bildirib.

Əliyev bildirib ki, Azərbaycan təyyarənin qəzaya uğraması ilə bağlı Rusiyaya üç tələb irəli sürüb.

"Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalı, cinayət məsuliyyətinə cəlb etməli və Azərbaycan dövlətinə, xəsarət alan sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödəməlidir".

Əliyev qeyd edib ki, şənbə günü Rusiya prezidenti Vladimir Putin ondan üzr istəyəndə birinci tələb “artıq yerinə yetirilib”.

Putin qəzanı "faciəli insident" adlandırsa da, Moskvanın məsuliyyətini etiraf etməyib.

Kremlin sözçüsü Dmitri Peskov bazar günü Rusiya dövlət mediasına deyib ki, Putin Əliyevlə yenidən telefonla danışıb, lakin söhbətin təfərrüatlarını açıqlamayıb.

Kreml həmçinin bildirib ki, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza yerində Rusiya, Azərbaycan və Qazaxıstanın birgə təhqiqatına başlanılıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: "Tramp savaşı bitirməkdə "həlledici" rol oynaya bilər"
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG