Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü bildirib ki, Rusiya qüvvələri onun ölkəsinə 70-dən çox raketlə hücum edib və hədəflər arasında Ukrayanın enerji infrastrukturu olub.
“Bu gün Putin hücum etmək üçün bilərəkdən Miladı seçib. Bundan daha qeyri-insani nə ola bilər?” Zelenski deyib.
Ukrayna ordusu bildirib ki, raketlərdən 59-nu, eləcə də Rusiyanın hücumlarında istifadə etdiyi 106 drondan 54-nü vurub. Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, dronlar və raketlər Dnipropetrovsk, İvano-Frankivsk, Xarkiv, Kyiv, Poltava və Zaporijjya vilayətlərindəki enerji obyektlərini hədəfə alıb.
Rusiya Müdafiə Nazirliyi açıqlamasında Ukrayna ordusuna dəstək verən kritik enerji infrastruktur obyektlərinə zərbələr endirdiyini bildirib.
Ukraynanın şimal-şərqində Xarkivin meri İqor Terexov bildirib ki, şəhər “kütləvi raket hücumuna məruz qalıb” və daha sonra Rusiya dronu ilə vurulub.
Region qubernatoru Oleh Sınehubov hücumların mülki infrastruktura zərər verdiyini və ən azı altı nəfərin yaralandığını söyləyib.
Ukraynanın ən böyük özəl enerji şirkəti DTEK Rusiya raketlərinin Dnipropetrovsk, Odesa və Kyivdə “ciddi ziyana” və elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu bildirib.
“Sadəcə olaraq müqəddəs günü qeyd etmək istəyən milyonlarla ukraynalınə hədəf alan hücumda Rusiya DTEK-in istilik istehsal edən qurğularına ciddi ziyan vurub,” şirkət açıqlamasında bildirib.
Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə vasitələrinin Ukraynanın 58 dronunu məhv etdiyini bildirib
Nazirlik bildirib ki, dronlardan 26-sı Belqorod vilayəti, 23-ü Voronej üzərində, digərləri isə Kursk, Bryansk, Tambov və Azov dənizi üzərində vurulub.
Kursk rəsmiləri Ukraynanın bölgəni atəşə tutması nəticəsində azı 3 nəfərin öldüyünü bildirib.
Voronej qubernatoru Aleksandr Qusev Telegram-da bildirib ki, Ukrayna hücumları nəticəsində bir neçə evə və elektrik xəttinə ziyan dəyib.
Forum