Polşada yaradılmış “Ukrayna legionu”nun ilk bölməsi Ukraynaya göndərilib. Bu barədə Ukraynanın Polşadakı səfiri Vasil Bodnar “Azadlıq” radiosunun Ukrayna xidmətinə məlumat verib.
Onun sözlərinə görə, hərbçilər hazırlığı Polşada başa vurub, Ukraynada davam etdirəcəklər. Yanvarın 10-da növbəti könüllülər qrupu Ukrayna Silahlı Qüvvələri ilə müqavilə imzalayaraq təlimlərə gedəcək.
"Bu, əslində bəzi siyasətçilərin və ya Rusiya təbliğatının neqativ fakt kimi təqdim etməyə çalışdığı uğur hekayəsidir. Təbii ki, prosesin daha da sürətlə getməsini istərdik, amma getdiyi kimi də gedir. Biz bunun üçün çalışırıq. Məlumat bütün Aİ ölkələrində və ola bilsin ki, xaricdə ictimaiyyətə açıqdır, biz yalnız könüllü təşviqlə stimullaşdıra bilərik, bu, tamamilə könüllü bir bölmədir”, səfir əlavə edib.
Ukrayna və Polşa i 2024-cü ilin yul ayında leqionun yaradılması barədə razılaşıblar. Noyabr ayında Ukraynanın Müdafiə Nazirliyi bildirib ki, "Ukrayna leqionu"nun ilk qrup könüllüləri Polşada and içib və intensiv hərbi hazırlığa başlayıblar.
"Ukrayna leqionu" xaricdə yaşayan ukraynalılardan ibarət olan könüllü birləşmədir və Ukrayna Silahlı Qüvvələrinə daxildir.
Leqiona qoşulma könüllü əsaslarla həyata keçirilir. Leqionun rəsmi səhifəsində bildirilir ki, təlimləri NATO-nun instruktorları tərəfdaş ölkələrin poliqonlarında keçəcəklər.
Forum