Accessibility links

Təhlükəsizlik qüvvələri Təbrizdə nəzarət altında olan fəalın evində reyd keçirib


Nima Radməniş
Nima Radməniş

Dekabrın 22-də Təbrizdə təhlükəsizlik qüvvələri azərbaycanlı milli fəal Nima Radmənişin atasının evində reyd keçirib və şəxsi əşyalarının bir qismini müsadirə edib.

Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, axtarış zamanı onun mobil telefonu, kitabları və "şübhəli" hesab edilən bir gödəkçə götürülüb.

Axtarış dekabrın 15-də Nima Radməniş və Hüseyn İsmayılzadənin Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilməsindən bir həftə sonra baş verib. Hər iki fəal həmin gün ailələrinin evində saxlanılaraq naməlum yerə aparılmışdı.

Fəalların həbs edilməsi ilə bağlı məlumat yayılsa da, onların saxlanılma səbəbləri və irəli sürülən ittihamlar hələ də açıqlanmır. Hazırda həmin fəallar Təbrizdə təhlükəsizlik qüvvələrinin təcridxanasında saxlanılır və sorğu-sual edilir.

Bundan əvvəl, noyabrın 28-də təhlükəsizlik qüvvələri türk fəallar Nima Radməniş və Hüseyn İsmayılzadəni həbs etməyə çalışmış, lakin bu cəhdlər uğursuz olmuşdu. Hüseyn İsmayılzadənin iş yerinə edilən basqın zamanı o orada olmadığı üçün həbs edilməmişdi. Eyni vaxtda Nima Radmaneşin evində aparılan basqın da nəticəsiz qalmışdı.

Son dövrlərdə Təbrizdə milli fəallara qarşı təzyiqlərin artdığı müşahidə olunur. Noyabrın 23-də digər türk fəallar Cavid Nəzmi və Vəhid Əbhəri də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Forum

XS
SM
MD
LG