Accessibility links

Təbrizdə müvəqqəti azadlıqda olan fəalın ailə üzvləri kəşfiyyat şöbəsinə çağırılıb


Vəhid Əbhəri, siyasi fəal
Vəhid Əbhəri, siyasi fəal

Bir neçə həftə əvvəl mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmış siyasi fəal Vəhid Əbhərinin ailə üzvlərinin təhlükəsizlik qüvvələrinin təzyiqlərinə məruz qaldığı bildirilir.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və Araz News kimi mənbələrə istinadən, İran İslam Qvardiyasının (Sepah) təhlükəsizlik qurumu milli fəal Vəhid Əbhərinin müvəqqəti olaraq sərbəst buraxılmasından sonra dəfələrlə onun ailə üzvlərinə zəng edib və kəşfiyyat şöbəsinə müraciət etmələrini tələb edib.

Vəhid Əbhəri noyabr ayının 23-də nəzarət altına alınıb və təqribən bir həftə təhlükəsizlik qurumunun təcridxanasında sorğu-sual edilib. O daha sonra Təbriz həbsxanasına göndərilib və oradan mülki zəmanət qarşılığında sərbəst buraxılıb. Hüquq müdafiəçiləri Əbhərinin nəzarət müddətində işgəncəyə məruz qaldığını bildiriblər.

“Sepahın təhlükəsizlik qüvvələri keçən bir neçə gün ərzində dəfələrlə Əbhəri ailəsi ilə əlaqə saxlayaraq, onların kəşfiyyat şöbəsinin informasiya qərargahına müraciət etmələrini tələb ediblər. Təmaslarda ailə üzvlərinin həbslə təhdid edilməsinin ardınca milli fəalın anası bazar ertəsi günü informasiya qərargahına müraciət edib və orada dindirilib. Vəhid Əbhərinin valideynlərinin sağlamlığı yaxşı vəziyyətdə deyil. Onun atası və anası ikisi də yaşlıdır, eləcə də eşitmə və danışma qabiliyyəti qüsurludur,” Araz News bildirib.

Əbhəri dekabrın 3-də müvəqqəti azadlığa buraxıldıqdan sonra bölgədə fəaliyyət göstərən çox sayda siyasi fəal onu və ailəsini evlərində ziyarət ediblər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG