Accessibility links

Transxəzər marşrutu üzrə daşımalar son 4 ildə 5 dəfə artıb


Şərq-Qərb (Orta Dəhliz) Dəhlizi (Mənbə: TRACECA)
Şərq-Qərb (Orta Dəhliz) Dəhlizi (Mənbə: TRACECA)

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yük daşımalarının həcmi son 4 ildə 5 dəfə artıb.

Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun hazırda ötürmə qabiliyyəti 6 milyon tondur.

"Bu dəhliz vasitəsilə daşımaların həcmi son 4 ildə 800 min tondan 4,1 milyon tona çatıb ki, bu da beş dəfə artım deməkdir. Bu müddət ərzində yüklərin çatdırılma müddəti 58-60 gündən 13-15 günə qədər azaldılııb", nəqliyyat naziri dekabrın 23-də parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dəhlizin gələcək inkişafı üçün Azərbaycan, Türkiyə və Gürcüstanla birgə daşınma prosesində yaranan maneələrin aradan qaldırılmasına yönəlmiş Yol Xəritəsi təsdiq edilib.

"Qarşıdakı hədəfimiz marşrutun ötürmə qabiliyyətini ildə 10 milyon tona çatdırmaqdır", Karabayev vurğulayıb.

Eyni zamanda, nazir əlavə edib ki, yerli donanmanın çatışmazlığı mühüm problemdir.

"Hazırda Kurık - Ələt marşrutunda yalnız Azərbaycan bərələri işləyir, bizə ən azı 7 gəmi lazımdır. Onların istehsalı üçün Türkiyənin "YDA" və "ASFAT" şirkətləri Kurık limanının yaxınlığında xüsusi zavod tikməyi planlaşdırır", o qeyd edib.

Nazir həmçinin bildirib ki, Qazaxıstan 2025-ci ildə Bakının Ələt qəsəbəsində yerləşən Beynəlxalq Dəniz Ticarət Limanında terminalın tikintisinə başlayacaq.

Nəqliyyat Nazirliyinin rəsmi saytının məlumatına görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR) davamlı artım nümayiş etdirməkdə davam edir, bunu ildə 6 milyon tona, o cümlədən 100 min konteyner daşınmasına keçid qabiliyyətinin artması sübut edir.

“2024-cü ilin 11 ayı ərzində yükdaşımaların həcmi 63 faiz artaraq 4,1 milyon tona, konteyner daşımaları isə 2,6 dəfə artaraq 50,5 min təşkil edib ki, bu da mühüm artım göstəricisidir”, məlumatda qeyd edilir.

2024-cü ildə Transxəzər Nəqliyyat Dəhlizinin Koordinasiya Mərkəzi fəaliyyətə başlayıb ki, bu da infrastrukturun inkişafına və marşrutun funksionallığının genişləndirilməsinə yönəlib.

Transxəzər Nəqliyyat Dəhlizinin Koordinasiya Mərkəzinin qlobal ticarət üçün əhəmiyyətini vurğulayan layihədə Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Çin və bir çox başqaları kimi əsas ölkələr və şirkətlər fəal iştirak edir.

TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

TRACECA həmçinin maraqları bir araya gətirmək, qarşılıqlı və faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG