Accessibility links

Azərbaycan İrandan məhsul idxalını artırıb


Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla İran arasında ticarət dövriyyəsi 583,646 milyon ABŞ dolları təşkil edib. Bu Azərbaycanın ümumi ticarət dövriyyəsinin cəmi 1,35 faizidir.

Dövlət Gömrük Komitəsininn hesabatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə İranla ticarət dövriyyəsi 146,43 milyon ABŞ dolları və ya 33,5 faiz çox olub.

Bu il Azərbaycan İrana 12,87 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 402 min ABŞ dolları və ya 3,03 faiz azdır.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan İrandan məhsul idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 146,832 milyon ABŞ dolları və ya 34,6 faiz artıraraq, 570,776 milyon ABŞ dollarına çatdırıb. Həmin dövr ərzində İran ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 3,04 faizini təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43,1 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4,2 milyard ABŞ dolları və ya 8,9 faiz azdır.

Xarici ticarət dövriyyəsinin 24,3 milyard ABŞ dolları ixracın, 18,7 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,1 milyard ABŞ dolları və ya 22,8 faiz azalıb, idxal isə 2,9 milyard ABŞ dolları və ya 18,7 faiz artıb.

Nəticədə, xarici ticarətdə 5,5 milyard dollarlıq müsbət saldo yaranıb. Bu isə illik müqayisədə 10,1 milyard ABŞ dolları və ya 2,8 dəfə azdır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG