Accessibility links

Nigeriyada xeyriyyə tədbirlərində ölənlərin sayı 32-yə çatıb


“Nigeriyada iki Milad xeyriyyə tədbirində baş vermiş basırıq nəticəsində ölənlərin sayı 13-dən 32-yə yüksəlib”, polis bazar günü bildirib.

Həlak olanlar arasında ən azı dörd uşaq da var. Ərzaq məhsullarına ehtiyacı olan insanlar ayaq altında qalıb, bu isə ölkənin yoxsulluq böhranı ilə mübarizə apardığı bir dövrə təsadüf edir.

Ölənlərdən 22-si cənub-şərqdəki Anambra ştatının Okija şəhərindəndir.

“Orada bir xeyriyyəçi şənbə günü ərzaq paylanışı təşkil edib”, yerli polis sözçüsü Toçukvu Ikenga bildirib.

Başqa on nəfər isə paytaxt Abucada kilsə tərəfindən təşkil edilən oxşar xeyriyyə tədbirində həlak olub.

Polis bildirib ki, iki hadisə ilə bağlı araşdırmalar aparılır. Yalnız bir neçə gün əvvəl digər bir basırıqda bir neçə uşaq həlak olub.

Afrikanın ən çox əhalisi olan bu ölkəsndə yerli təşkilatlar, kilsələr və fərdlər tərəfindən Milad öncəsi iqtisadi çətinlikləri yüngülləşdirmək məqsədilə xeyriyyə tədbirləri təşkil etmə meylinin artdığı müşahidə edilir.

Abuca izdihamının şahidləri Associated Press-ə bildirib ki, kilsənin bir qapısında basırıq baş verib, onlarca insan səhər saat 4-də, hədiyyə paylanmasından saatlar əvvəl binaya daxil olmağa çalışıb.

Bəzi insanlar, o cümlədən yaşlılar, qida almaq üçün gecəni orada keçirib.

Bu kimi tədbirlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi çağırışları artıb. Nigeriya polisi təşkilatçılardan tədbirlər üçün əvvəlcədən icazə almağı tələb edib.

Forum

XS
SM
MD
LG