Accessibility links

Alman səlahiyyətliləri Milad bazarına hücumda şübhəli bilinənlə bağlı keçən il xəbərdarlıq alıb


“Alman rəsmiləri Milad bazarında baş verən avtomobil hücumu ilə bağlı şübhəli şəxsin kimliyi haqqında keçən il xəbərdarlıq alıbl”, hökumət ofisi bazar günü bildirib. Hücumda həyatını itirən beş nəfər barədə əlavə məlumatlar ortaya çıxıb.

"Bu xəbərdarlıq ciddi şəkildə qəbul edilib, digər çoxsaylı məlumatlar kimi", Federal Miqrasiya və Qaçqınlar İdarəsi bazar günü X platformasında bildirib. İdarə bu məlumatı ötən ilin yayında aldıqlarını qeyd edib.

Lakin idarə istintaq orqanı olmadığını və məlumatı müvafiq orqanlara ötürdüyünü vurğulayıb. Şübhəli şəxs və xəbərdarlıqların təfərrüatları barədə başqa heç bir məlumat verilməyib.

Cümə günü axşam saatlarında Maqdeburqda baş verən hücumla bağlı polisi bazar günü bildirib ki, ölənlər 45, 52, 67 və 75 yaşlı dörd qadın və bir gün əvvəl haqqında danışdıqları 9 yaşlı uşaqdır. Səlahiyyətlilər 200 nəfərin yaralandığını, o cümlədən 41 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

Onlar Berlindən təxminən 130 kilometr qərbdə yerləşən Maqdeburqda və ondan kənarda bir çox xəstəxanada müalicə alır. Səlahiyyətlilər Maqdeburq hücumunda şübhəli bilinən şəxsin 2006-cı ildə Almaniyaya gələn və daimi yaşayış icazəsi almış səudiyyəli həkim olduğunu müəyyən edib.

Şənbə günü axşam saatlarında şübhəli hakim qarşısına çıxarılıb və bağlı qapılar arxasında mümkün bir ittiham irəli sürülənədək onun həbsdə saxlanmasına qərar verilib.

Polis şübhəlinin adını ictimaiyyətə açıqlamayıb, lakin bir neçə alman xəbər orqanı onu Taleb A. kimi tanıyıb, məxfilik qanunlarına uyğun olaraq soyadını gizlədib və onun psixiatriya və psixoterapiya üzrə mütəxəssis olduğunu bildirib.

Özünü keçmiş müsəlman kimi təqdim edən şübhəli şəxs, gündə onlarla anti-İslam mövzularında paylaşım edərək, İslam dinini tənqid edib və imanı tərk edən müsəlmanları təbrik edib.

Forum

XS
SM
MD
LG