Accessibility links

Azərbaycan-Ermənistan sərhədində zəlzələlər olub


Azərbaycan-Ermənistan sərhədində zəlzələ (Mənbə: Respublika Seysmoloji Xidmət Mərkəzi)
Azərbaycan-Ermənistan sərhədində zəlzələ (Mənbə: Respublika Seysmoloji Xidmət Mərkəzi)

Dekabrın 2o-də Azərbaycan-Ermənistan sərhədində ard-arda 4.8, 3 və 3.8 maqnitudada zəlzələlər qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti bildirir ki, zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb.

Ermənistan Daxili İşlər Nazirliyinin ərazi seysmik mühafizə xidmətinin seysmoloji şəbəkəsi də zəlzələ ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, zəlzələlər Azərbaycanın Kəlbəcər rayonundan 30 kilometr cənubda qeydə alınıb.

Episentrdə yeraltı təkanların gücü 6 bal olub. Zəlzələ Ermənistanın Cermuk şəhərində 4-5 bal, Vayots Dzorun bir sıra yaşayış məntəqələrində 2-4 bal və Sünikdə isə 2 bal gücündə hiss olunub.

Forum

XS
SM
MD
LG