ABŞ-da yaxında vəzifə müddəti Bayden administrasiyası atəşkəs razılaşması üçün son diplomatik səylərini davam etdirdiyi vaxtda, prezident seçilən Donald Tramp Qəzzadakı müharibəni mümkün qədər tez bitirmək istədiyinə işarə edib.
Bu həftənin əvvəlində Tramp bildirib ki, HƏMAS-ın saxladığı girovlar onun inaqurasiya mərasiminin baş tutacağı 20 yanvar 2025-ci il tarixinə qədər evlərinə qayıtmasalar, o zaman “cəhənnəm qopacaq.”
Bu xəbərdarlıq onun bu ayın əvvəlində sosial mediada etdiyi təhdidlə eynidir: "Yaxın Şərqdə və bəşəriyyətə qarşı bu vəhşilikləri törədən məsul şəxslər üçün CİDDİ FƏSADLAR olacaq. Məsul olanlara Amerika Birləşmiş Ştatlarının uzun və məşhur tarixində hər kəsdən daha ağır zərbə vurulacaq."
Trampın Qəzzada nə etməyi planlaşdırdığı bəlli deyil. Təhdidinə aydınlıq gətirmək istənildiyində, o, “bu o deməkdir ki, xoş olmayacaq” deyib.
Atlantika Şurasının baş elmi işçisi Əhməd Fuad Əlkatib deyib ki, Tramp HƏMAS-a hərbi təzyiq göstərmək üçün resursları səfərbər edə bilər. Lakin bunun “israillilərin son 14 ayda etdiklərindən əhəmiyyətli dərəcədə sərt olmağı” ehtimalı azdır.
"Burada başqa bir element ola bilər ki, - ümid edirəm ki, bu yanaşma olmayacaq - bəlkə daxil olan humanitar yardımın bir hissəsini azaltmaq" Əlkatib Amerikanın Səsinə deyib.
Onun sözlərinə görə, həm də mümkündür ki, Trampın təhdidləri HƏMAS-ın Qəzzadan kənarda olan üzvlərinə və onları dəstəkləyən ölkələrə yönəldilib və Tramp bu ölkələrə maliyyəni kəsmələri üçün təzyiq göstərə bilər. HƏMAS ABŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
HƏMAS-ın xarici qanadı Vaşinqtonun təzyiqlərini daha tez qəbul edə bilər, xüsusən də Livanda Hizbullahın verdiyi itkilər və Suriya prezidenti Bəşər Əsədin devrilməsi nəticəsində himayədarı olan Tehran zəiflədiyi üçün. HƏMAS kimi Hizbullah da İranın proksisidir, Əsəd rejimi isə Tehranın möhkəm müttəfiqi idi.
Vaşinqton İnstitutunun Yaxın Şərq Sülh Prosesi üzrə Yaxın Şərq Siyasəti Layihəsinin direktoru Devid Makovski deyib ki, Trampın xəbərdarlıqları “Yaxın Şərqdəki insanlara ABŞ-ın bunu həll etmək istədiyinə dair aydın bir mesajdır.”
2020-ci ildə ilk Tramp administrasiyası zamanı ABŞ-ın vasitəçilik etdiyi 2020-ci il sazişi nəticəsində İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn, daha sonra isə Mərakeş arasında diplomatik münasibətlər normallaşıb.
Forum