ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoymaq vədi tezliklə Rusiya ilə sərhəddə olan ölkələrdə narahatlıqlara təkan verdi. Estoniyada bəziləri müharibəni sonlandıran razılaşmanın Moskvanı daha da gücləndirəcəyindən qorxur.
Estoniya, Britaniya və Fransa ordularının zabitləri Estoniyanın Narva regionundan Rusiya ilə sərhədi izləyirlər. Sakit konfrantasiya ab-havası köhnə vaxtları xatırladır.
Üç NATO üzvünün burada apardığı hərbi manevrləri daha səs-küylüdür. Məqsəd Moskva qüvvələrinin quru hücumuna cavabın məşq edilməsidir.
Kris Payman, Britaniya Kral Qoşunları: “Estoniyalar üçün bura onların torpağıdır, onların ərazisidir. Onlara bilmək lazımdır ki, ehtiyac olduğu halda biz burada döyüşəcəyik.”
Estoniya Ukraynanın sadiq dəstəkçisidir və Rusiyanın niyyətləri ilə bağlı özünün narahatlıqları var.
Narahat olanların sayı Trampın sülh üçün Ukraynanın ərazisinin güzəşti ilə bağlı planları nəzərdən keçirdiyi haqda xəbərlərdən sonra daha da artıb.
Prezident Tramp özünü bu iddialardan uzaq saxlamağa çalışır.
Buna baxmayraq, xəbərlər Estoniya rəsmilərinin narahatlıqlarını artırıb.
Liis Mure, Estoniyalı diplomat: “Bizim nöqteyi-nəzərdən əgər Ukrayna danışıqlara güclü mövqe ilə daxil olmasa və Rusiya ərazi əldə edə bilsə, bu, Arvopa təhlükəsizliyi ilə bağlı pis presedent olacaq və Moskvanı NATO-nu sıxmaq üçün Avropada yeni addımlar atmağa həvəsləndirəcək.”
Estoniya NATO-ya ən çox töhfə verən ölkədir. Büdcəsinin 3.43 faizini alyansa xərcləyən ölkənin liderləri Trampın NATO üzvlərinin töhfələrini artırmalı olduğu ilə bağlı tələbləri ilə razılaşırlar.
Tallin küçələrində Trampın müharibəyə son qoyacağı vədlərinə qarışıq reaksiyalar var.
“Mən eşitmişəm ki, onlar Ukraynaya gedən vəsaitlərdə ixtisarlar edə bilərlər. Bu, narahatedicidir.”
“Ümid edirəm ki, müharibə onunla sona çatacaq və ölkələr arasında münasibətlər yaxşılacaq.”
“Düşünmürəm ki, o böyük dəyişikliklər etsin. O bu haqda çox danışa bilər, amma düşünmürək ki, o həqiqətdə Putini işğaldan, ya da bənzər addımlardan dayandıra bilsin.”
Estoniya və Rusiya sərhədinin hər iki tərəfində 2025-ci ilin necə olacağı ilə bağlı suallar var. ABŞ-ın yeni administrasiyası Ukrayndakı müharibə üçün nə deməkdir və Rusiyanın digər qonşularının gələcəyi necə olacaq.
Forum