Accessibility links

Tramp qanunvericiləri xərclər haqqında qanun layihəsini rədd etməyə çağırır, hökumətin bağlanması ehtimalı var


Çərşənbə günü yeni seçilmiş prezident Donald Tramp ABŞ qanunvericilərini cümə günündən sonra hökumətin maliyyələşməsini təmin etmək üçün hazırlanmış qanun layihəsini rədd etməyə çağırıb və bu, hökumətin qismən bağlanma ehtimalını artırır.

Tramp və yeni seçilmiş vitse-prezident JD Vans qanunvericiləri çərşənbə axşamı açıqlanandan fərqli olan, “demokratlara güzəştlərin olmadığı” müvəqqəti xərclər qanun layihəsini qəbul etməyə çağırıb. Tramp həmçinin qanunvericiləri qanun layihəsini istifadə edərək, ölkənin borc tavanını artırmağa çağırıb.

Bu, 25 dekabr Milad bayramından əvvəl hava səyahətindən tutmuş hüquq-mühafizə orqanlarının fəaliyyətinə qədər bir çox hökumət xidmətlərinin pozulmasının qarşısını almaq səylərini çətinləşdirə bilər. Hökumət sonuncu dəfə Trampın Ağ Evdəki ilk dörd illik dövründə, 2018-ci ilin dekabrında bağlanmışdı.

Hazırda Senata Demokratlar nəzarət edir və Demokrat prezident Co Bayden Trampın yanvarın 20-də vəzifəyə başlamasına qədər hakimiyyətdə qalır.

Hazırkı qanun layihəsi dövlət qurumlarını hazırkı səviyyələrdə maliyyələşdirəcək və təbii fəlakətlərin aradan qaldırılması üçün 100 milyard dollar və fermerlərə 10 milyard dollar yardım edəcək. Bu layihə həmçinin qanunvericilərin maaşlarının artırılması və otel qiymətlərində əlavə məsrəflərə qarşı mübarizə kimi bir-biri ilə əlaqəsi olmayan geniş müddəaları əhatə edir.

Hələlik Konqresin növbəti addımları bəlli deyil. Nümayəndələr Palatasında Respublikaçılar kiçik çoxluğa sahib olduğundan istənilən xərc qanun layihəsini qəbul etmək üçün ikipartiyalı razılaşma tələb olunacaq.

ABŞ hökuməti 20 ildən artıqdır ki, götürdüyündən daha çox pul xərcləyir. Buna səbəb Demokratların sağlamlıq proqramlarının genişləndirməsi və Respublikaçıların vergiləri azaltması olub. Davamlı olaraq artan borc - hazırda 36 trilyon dollar təşkil edir. Qanunvericilər borc tavanını ya indi, ya da gələn il borclanma səlahiyyəti bitdikdə artırmağa məcbur olacaqlar. Bu istiqamətdə addımların atılmaması istiqraz bazarlarını şoka salmaqla potensial ağır iqtisadi nəticələrə gətirə bilər.

Trampın şərhləri onun müttəfiqi İlon Maskın qanun layihəsini rədd etməsi üçün Konqresə təzyiq etməsindən və onu dəstəkləyənlərin vəzifədən kənarlaşdırılmalı olduğunu deməsindən sonra verilib.

Tramp onun seçilməsinə kömək etmək üçün 250 milyon dollardan çox pul xərcləyən və dünyanın ən zəngin insanı olan Maska federal büdcəni azaltmaq tapşırığı verib.

Konqres hərəkətə keçməsə, federal hökumətin şənbə günü əməliyyatları maliyyələşdirmək üçün pulu tükənəcək. Çərşənbə axşamı danışıqlarda iştirak edənlər maliyyələşməni martın 14-dək uzatmaq barədə razılığa gəlmişdilər.

Demokratlar Trampın bəyanatının gələcək xaosun əlaməti olduğunu bildiriblər.

"Respublikaçılara hökuməti bağlamaq və dəstəklədiklərini iddia etdikləri fəhlə sinfi amerikalılara zərər vermək əmri gəlib. Siz ikipartiyalı razılaşmanı pozsanız, bundan sonrakı nəticələrə görə məsuliyyət daşıyacaqsınız", Nümayəndələr Palatasında Demokratların lideri Hakim Cefris sosial şəbəkədə bildirib.

Trampın ilk hakimiyyəti dövründə, 2018-ci ilin dekabrında başlayan və yanvar ayına qədər davam edən hökumət bağlanması 34 gün davam etmişdi və ABŞ tarixində ən uzunmüddətli hökumət bağlanması olmuşdu.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG