Accessibility links

Ali Məhkəmə Əvəz Zeynallının 9 illik cəza müddətini 2 ay azaldıb


Jurnalistlər Əvəz Zeynallı və Elnur Şükürov
Jurnalistlər Əvəz Zeynallı və Elnur Şükürov

Dekabrın 18-də Azərbaycan Ali Məhkəməsi "Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı və "Səda TV"nin rəhbəri Elnur Şükürovun barəsində olan hökmdən verilən kassasiya şikayəti qismən təmin edib.

Vəkil Fəxrəddin Mehdiyevin məlumatına görə, Əvəz Zeynallının cəzası 2 ay, Elnur Şükürovun həbs müddəti isə 1 il azaldılıb.

"Əvəz Zeynallı bütün ittihamları rədd edib, jurnalist fəaliyyətinə görə təqib olunduğunu bildirib. O xatırladıb ki, artıq bir dəfə rüşvət alma ittihamı ilə həbs edilib, lakin Avropa Məhkəməsi bunu qanunsuz hesab edib", vəkil Fəxrəddin Mehdiyev bildirib.

Bu il fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallını 9 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə Əvəz Zeynallını Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) maddələrilə təqsirli bilib.

Şükürov isə 12-1.1-ci - vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) maddəsi üzrə təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilib.

Jurnalist ittihamları qəbul etmir və özünü təqsirkar bilmir. Zeynallı məhkəmədə bildirib ki, o, sifarişlə həbs edilib və məqsəd onu susdurmaqdır.

"Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallı 2023-cü il sentyabrın 9-da həbs edilib.

Bir çox beynəlxalq qurumlar, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) və Avropa Şurasının İnsan Haqları üzrə Kommissarı Zeynallının dərhal azadlığa buraxılmasına çağırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG