Accessibility links

Azərbaycanda Milli Məclis 2025-ci ilin dövlət büdcəsini qəbul edib


Milli Məclis
Milli Məclis

Dekabrın 16-da Milli Məclis "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanunu qəbul edib.

2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı proqnozlaşdırılır.

Büdcədə müdafiə və milli təhlükəsizlik xərcləri artırılıb. Həmin xərclər 8 milyard 555 milyon manata çatdırılıb.

Azərbaycanın Baş naziri Əli Əsədov Milli Məclisin plenar iclasında qeyd edib ki, gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20.6%-in təşkil edir.

Gələn il büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb.

Hazırda dünya birjalarında neftin bir bareli təqribən 75 dollardır.

İqtisadi məsələlər üzrə təhlilçi Rəşad Həsənov Amerikanın Səsinə deyib ki, 2025-ci il dövlət büdcəsini xarakterizə edərkən diqqət ediləsi əsas məqamlardan biri neftin qiyməti ilə bağlı ortaya qoyulan mövqedir.

Onun sözlərinə görə, əvvəlki illərdə hökümət daha konservativ istiqamətdə siyasət ortaya qoyurdu.

"2025-ci ildə büdcədə neftin bir barrelinin qiymətinin 70 dollar nəzərdə tutulması təxminən bu istiqamətdə hazırda mövcud olan proqnozlarla uzlaşan göstərici olsa da, Trampın seçkilərdə qalib olmasından sonrakı konyukturda ehtimallar ondan ibarətdir ki, neftin qiyməti daha da ucuzlaşa bilər. Tramp höküməti bu istiqamətdə siyasəti intensivləşdirəcəkdir. Belə bir halda risk ehtimalı bu istiqamətdə artır və Azərbaycan höküməti 2025-ci ildə bu risklə üz-üzə getməkdədir", ekspert qeyd edib.

Onun sözlərinə görə, burada digər bir məqam büdcə sənədində 2025-ci il üçün sosial paketlərin maliyyələşdirilməsi, o cümlədən müavinatların, əmək haqqı fondunun artırılması ilə bağlı vəsait nəzərdə tutulub.

"Bu onu deməyə əsas verir ki, hökümət artıq inflyasiya mühitini qismən sabit hesab edir. Eyni zamanda bu istiqamətdə 2025-ci ildə daha liberal mövqe ilə getməyə hazırlaşır ki, bu, əslində sosial çağırışdır".

İqtisadçının fikrincə, əvvəlki dövrlərlə müqayisədə ilk dəfə olaraq 2025-ci ildə dövlət büdcəsinin qeyri-neft sektorundan əldə etdiyi gəlirlər neft sektorundan əldə etdiyi gəlirlərdən çox olacaq.

"Artıq neft sektorunun büdcənin formalaşdırılmasındakı payının 50 faizdən aşağı düşməsi müşahidə olunub. Bu, müəyyən mənada fiskal siyasətin dayanıqlığı baxımından pozitiv meyl kimi dəyərləndirilə bilər", o qeyd edib.

Həsənov bundan əlavə müdafiə xərclərinin yüksək olduğunun hələ də qaldığını, səhiyyə və təhsil istiqamətlərində artımların öz əksini tapdığını vurğulayıb.

O hesab edir ki, vergi aspektindən məsələyə baxsaq əslində burada iqtisadiyyata ümumi vergi yığımında ciddi artımlar nəzərdə tutulmur.

“Büdcə zərfi çərçivəsində təqdim edilən sənədlərdən biri də vergi məcəlləsinə edilən dəyişikliklərlə bağlıdır. Burada fərqli aspektlər ortaya qoyulub. Bir tərəfdən biznes üçün müəyyən mənada əlverişli şəraitin yaradılması ilə əlaqədar güzəştlər varsa, xüsusilə də mikrosahibkarlıq subyektlərinə münasinbətdə və yaxud kapitalın cəlb edilməsi ilə bağlı mühitin yaxşılaşdırılması, dividentlərlə əlaqədar vergi güzəştləri təşkil edilirsə, digər tərəfdən inzibatçılığın sərtləşdirilməsi, bu istiqamətdə sanksiyaların artımı trendi müşahidə olunur. Görünən odur ki, vergi daxilolmalarının əsası yenə də məhz əlavə dəyər vergisi və şirkətlərin mənfəət vergisi hesabına formalaşacaq. Sadələşdirilmiş verginin xüsusi çəkisi davamlı olaraq azalmaqdadır. Hansı ki, bu, hökümətin siyasəti ilə üst üstə düşür. Sadələşdirilmiş vergi bazasının kiçildilməsi və eyni zamanda vergi dərəcələndirilməsində ardıcıllığın təmin edilməsinə yönəlibdir ki, bu meyl qorunub saxlanılır”, ekspert deyib.

O hesab edir ki, 2025-ci ildə də hökümət dövlət vəsaitləri hesabına invistisya qoyuluşlarında prioritetliyi qoruyub saxlayacaq.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG