Accessibility links

Zelenski: Rusiya “Kurskda Şimali Koreya əsgərlərindən istifadə edir”


Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü bildirib ki, Rusiya Ukrayna mövqelərinə hücum etmək üçün Kursk bölgəsinə Şimali Koreya əsgərlərini yerləşdirməyə başlayıb.

Zelenski axşam çıxışında deyib ki, “rusların hücumlarda - nəzərəçarpacaq dərəcədə çox sayda - Şimali Koreya əsgərlərindən istifadə etməyə başladığına dair ilkin sübutlar var.”

O deyib ki, onun məlumatına görə, “ruslar [şimali koreyalıları] birləşmiş hərbi hissələrə daxil edirlər” və onlardan Ukraynanın avqust ayından bəri müdaxilə etdiyi “Kursk vilayətində əməliyyatlarda istifadə edirlər.”

Zelenski həmçinin şimali koreyalıların “cəbhə xəttinin digər hissələrində də istifadə oluna biləcəyini” eşitdiyini və “bu kateqoriyadakı itkilərin də artıq nəzərəçarpan olduğunu” söyləyib.

Zelenski ötən ay 11 min Şimali Koreya əsgərinin Rusiyanın qərbindəki Kursk bölgəsində olduğunu və artıq “itkilər” verdiyini bildirib.

Rusiya və Şimali Koreya bu yay mühüm müdafiə paktı imzaladıqdan sonra Vaşinqton və Seul Pxenyanı Moskvaya kömək üçün 10 mindən çox əsgər göndərməkdə ittiham edib.

Şimali Koreya və Rusiya 2022-ci ilin fevralında Moskvanın Ukraynaya hərbi müdaxiləsindən sonra hərbi əlaqələri gücləndirib.

Ukraynanın Kurska müdaxiləsi səbəbilə təəccüblənən Rusiya o vaxtdan bəri davamlı olaraq əraziləri geri alıb, Ukraynanın irəliləməsini dayandırıb və bölgəyə əlavə qüvvələr göndərib.

Ukrayna ordusundan bir mənbənin ötən ay AFP-yə verdiyi məlumata görə, Kyiv hələ də Kursk bölgəsinin 800 kvadrat kilometr ərazisinə nəzarət edir. Kyiv daha öncə isə 1400 kvadrat kilometrə nəzarət etdiyini iddia edirdi.

Ukrayna Rusiyanın neft terminalını vurub

Ukrayna şənbə günü Rusiyanın qərbindəki Oryol vilayətində neft terminalına gecə saatlarında hücum etdiyini və bunun yanğına səbəb olduğunu bildirib.

Oryolun qubernatoru Telegram-da bildirib ki, "kütləvi dron hücumundan" sonra bölgədəki "obyektdə" yanacaq alovlanıb.

Ukrayna ordusunun Baş Qərargahı bildirib ki, Kyiv qüvvələri Rusiya ərazisinə təxminən 165 kilometr məsafədə yerləşən “Stalnoy Kon”da böyük neft anbarına hücum edib.

"Bu, Oryol şəhərinin ətrafındakı ən böyük neft terminallarından biridir" və Rusiya ordusunu təchiz edən "hərbi sənaye kompleksinin" bir hissəsidir, Baş Qərargah bildirib.

Baş Qərargah bildirib ki, bu, Oryol şəhərinin ətrafındakı ən böyük neft terminallarından biridir və Rusiya ordusunu təchiz edən “hərbi sənaye kompleksinin” bir hissəsidir.

Rusiya mediası hücumu göstərdiyini iddia etdiyi görüntüləri yayıb. Həmin görüntülərdə yanğından sonra gecə səmaya tüstünün qalxdığı əks olunub.

Oryolun qubernatoru Andrey Klıçkov şənbə günü Telegram-da bildirib ki, Rusiyanın havadan müdafiə qüvvələri hücum zamanı Ukrayna dronlarını vurub və yanğın səhər saat 5-də nəzarət altına alınıb, amma hələ ki, söndürülməyib.

O, itkilərin olmadığını bildirib.

Forum

XS
SM
MD
LG