ABŞ Dövlət katibi Antoni Blinken şənbə günü deyib ki, Amerika rəsmiləri Prezident Bəşar Əsəd hökumətinin devrilməsinə rəhbərlik edən amma ABŞ və başqa ölkələr tərəfindən xarici terror təşkilatı kimi tanınan suriyalı üsyançı qrupla birbaşa təmasdadır.
Blinken Bayden administrasiyası ilə ötən bazar günü Əsədi hakimiyyətdən devirən silahlı müxalif qrupların koalisiyasına başçılır edən Heyət Təhrir əş-Şam arasında təması açıq şəkildə təsdiqləyən ilk ABŞ rəsmisidir.
İordaniyanın Aqaba şəhərində keçirilən mətbuat konfransında çıxış edən Blinken təfərrütları müzakirə etməsə də, bildirib ki, Birləşmiş Ştatların qrupa davranışı və keçid dövründə ölkəni necə idarə etmək niyyəti ilə bağıı mesajını çatdırması mühümdür.
“Bəli, biz Heyət Təhrir əş-Şam və başqa tərəflərlə əlaqə saxlamışıq,” Blinken deyib. O əlavə edib ki, “Bİzim Suriya xalqına mesajımız budur: Biz onların müvəffəq olmasını istəyirik və biz onlara bunu etməyə yardım etməyə hazırıq.”
Bir zamanlar Əl-Qaidə ilə əlaqəsi olan Heyət Təhrir əş-Şam 2018-ci ildən bəri DÖvlət Departamenti tərəfindən xarici terror təşkilatı kimi tanınıb. Bununla da qrupa sərt sanksiyalar tətbiq olunub ki, buna qrup və ya onun üzvlərinə hər hansı “maddi dəstəyin” verilməsinə qadağa daxildir. Ancaq bu sanksiyalar ABŞ rəsmilərinin həmin qruplarla kommunikasiya qrumasını qadağan etmir.
Heyət Təhrir əş-Şam Dəməşqi ələ keçirəndən bəri təhlükəsizlik yaratmağa və siyasi keçidi təmin etməyə və həm Əsədin devrilməsi ilə çaşqınlıq içində olan, həm də üsyançılar arasında ektemist cihadçıların olmasından narahat olan xalqı sakitləşdirməyə çalışıb. Üsyançı liderlər deyir ki, qrup ekstremist keçmişini geridə qoyub.
Əvvəllər Əbu Məhəmməd Əl-Colani adı ilə tanınan qrup lideri Əhmən Əl-Şara cümə günü video mesaj yayaraq “böyük Suriya xalqını mübarək inqilabın qələbəsi münasibətilə” təbrik edib.
ABŞ rəsmiləri deyir ki, Şara azlıqlar və qadınların hüquqlarının qorunacağına dair şərhlər edib, amma onlar onun uzun müddətdi bu vədlərini həyata keçirəcəyinə skeptik yanaşırlar.
Cümə günü üsyançılar və Suriyanın silahsız müxalifəti Əsədin həbs etdiyi amerikalı şəxsi ABŞ rəsmilərinə təhvil vermək üçün birlikdə işləyib.
ABŞ rəsmiləri 12 il öncə Dəməşq yaxınlığında yoxa çıxan amerikalı jurnalist Austin Taysın axtarışlarını davam etdirirlər.
Forum