Birləşmiş Ştatlar, Ərəb Liqası və Türkiyənin baş diplomatları ötən həftə Bəşar Əsəd hökumətinin çökməsindən sonra Suriyada keçidə kömək etməyin yollarını müzakirə etmək üçün İordaniyada görüşür.
ABŞ Dövlət katibi Antoni Blinken Suriyanın yeni rəhbərliyinin nəyi prioritet etməli olduğu barədə konsesus tampağa çalışmaq məqsədilə şənbə günü İordaniyada Avropa İtifaqı və BMT-dən xarici işlər nazirləri və yüksək səviyyəli rəsmilərə qoşulub. Danışıqlarda Suriyadan nümayəndələrin iştirakı gözlənilmir.
Əsəd ailəsinin yarım əsrdən çox davam edən hakimiyyətinin çökməsi onsuz da Qəzzada davam edən İsrail-HƏMAS müharibəsi və atəşkəsə baxmayaraq Livanda qərargahlanan Hizbullahla İsrail arasında zorakılıqlar səbəbilə sarsılmış regionda qeyri-sabitliyin artması ilə bağlı narahatlıqlara gətirib çıxarıb.
Bİrləşmiş Ştatlar Qəzzada atəşkəs çağırışlarını yeniləyir. Orada müharibə səbəbilə iki milyondan çox fələstinli ağır humanitar böhran içindədir.
İsrailin HƏMAS-a qarşı müharibəsi nəticəsində Qəzzada 44,880-dən çox fələstinli ölüb, onların yarısından çoxu qadın və uşaqlardır. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat verir. Nazirlik neçə döyüşçünün öldüyünü bildirmir. İsrail ordusu isə 17 mindən çox militantı öldürdüyünü deyir.
Müharibəyə HƏMAS-ın 2023-cü ilin oktyabr ayında həyata keçirdiyi hücum səbəb olub. Həmin hücumda militantlar İsraildə, əksəriyyəti mülki şəxs olmaqla, 1200 nəfəri öldürüb, təxminən 250 nəfəri girov götürüb. Girovların təxminən 100-ü hələ də Qəzzadadır, onların üçdə birinin öldüyü güman edilir.
Türkiyə Suriyada səfirliyini yenidən açır
Türkiyə şənbə günü Suriyadakı səfirliyini yenidən açıb. Bununla da Türkiyə, Bəşar Əsəd hökumətinin ötən həftə sona çatması ilə ölkədə səfirliyini açan ilk ölkə oldu. Əsədi devirən suriyalı üsyançılar Türkiyədən mühüm yardım alıblar.
2012-ci ildə diplomatik əlaqələr kəsiləndən bəri ilk dəfə Dəməşqdəki səfirlik binası üzərində Türkiyə bayrağı dalğalanıb. Səfirlik 12 il öncə Suriya vətəndaş müharibəsi zamanı təhlükəsizlik narahatlıqları səbəbilə fəaliyyətini dayandırmışdı.
Bir neçə ölkə 13 il davam edən münaqişə zamanı Əsəd hökuməti ilə diplomatik əlaqələri davam etdirib, digərləri isə münasibətlərin normallaşmasını isətdikləri üçün son illərdə diplomatik missiyalarını bərpa edib.
Forum