Accessibility links

Keçmiş futbolçu Mixeil Kavelaşvili Gürcüstanın yeni prezidenti oldu


Mixeil Kavelaşvili
Mixeil Kavelaşvili

Sabiq futbolçu Mixeil Kavelaşvili şənbə günü Gürcüstanın yeni prezidenti olub. Bununla da hakim partiya hakimiyyətini gücləndirib. Müxalifət isə bunu ölkənin Aİ üzvlüyünə zərbə və Rusiya üçün qələbə adlandırıb.

53 yaşlı Kavelaşvili səsvermədə qalib gəlib. Belə ki, Gürcü Arzuzu partiyası 2017-ci ildə birbaşa prezident seçkisini əvəzləyən 300 üzvlük seçicilər kollegiyasına nəzarət edir.

Gürcü Arzusu oktyabrın 26-da keçirilən seçkidə parlamentə nəzarəti əlində saxlayıb. Müxalifət seçkinin Moskvanın yardımı ilə saxtalaşdırıldığını iddia edir. Gürcüstanın vəzifədən gedən prezidenti və əsas Qərb tərəfdarı partiyalar o zamandan bəri parlament sessiyalarını boykot edib və səsvermənin təkrar keçirilməsinə çağırıb.

“Gürcü Arzusu” Aİ-yə üzvlüyə dair səylərini davam etdirəcəyinə söz verib, amma eyni zamanda Rusiya ilə əlaqələri “yenidən qurmaq” istəyir.

2008-ci ildə Rusiya Gürcüstanda qısa müharibə aparıb. Nəticədə Moskva iki separatçı regionun müstəqilliyini tanıyıb və Rusiyanın Cənubi Osetiya və Abxaziyada hərbi mövcudluğu artıb.

Təndqidçilər -sərvətini Rusiyada qazanmış milyarder - Bidzina İvanişvilinin təsis etdiyi Gürcü Arzusunu getdikcə avtoritarlaşmaqda və Moskvaya meyl etməkdə ittiham edib. Hakim partiya bu ittihamları rədd edir. Partiya bu yaxınlarda Kremlin söz azadlığını və LGBTQ+ hüquqlarını boğmaq üçün istifadə etdiyi qanunlar kimi qanunlar qəbul edib.

Qərb tərəfdarı Salome Zurabişvili 2018-ci ildən bəri prezidentdir və bazar ertəsi altı illik vəzifə müddəti bitəndən sonra da vəzifədə qalacağına söz verib və özünü yeni seçki keçirilənədək yeganə legitim lider adlandırıb.

Gürcü Arzusu partiyasının ötən ay ölkənin Avropa İttifaqına qoşulmaqla bağlı danışıqlarını dayandırmaq qərarı müalifətin qəzəbini artırıb, etirazları gücləndirib.

Forum

XS
SM
MD
LG