Accessibility links

Tramp Suriyada proseslərə müdaxilə etməyəcəyinə işarə edib. Bunu edə biləcəkmi?


Tramp Suriyada proseslərə müdaxilə etməyəcəyinə işarə edib. Bunu edə biləcəkmi?
please wait

No media source currently available

0:00 0:03:05 0:00

ABŞ prezidenti seçilmiş Donald Tramp Suriyada üsyançıların prezident Bəşar Əsədi hakimiyyətdın devirməsindən sonra Suriyada vəziyyətə müdaxilə etmək istəmədiyinə işarə edib. Bununla belə, Tramp yeni seçilmiş prezident olaraq öz mövqeyini ABŞ-ın İsraili müdafiə və İranı təcrid etmək, eyni zamanda, Rusiya, Türkiyə və regionda digər oyunçularla əlaqə qurmaq kimi məqsədləri ilə balanslaşdırmalı ola bilər. Amerikanın Səsinin Ağ Ev Bürosunun rəhbəri Patsi Vidakusvara məlumat verir.

Suriyalılar Moskvaya qaçan prezident Bəşar Əsədin devrilməsini qeyd edirlər. Lakin regional güclərin öz maraqlarını təmin etmək üçün mübarizə apardığı bir durumda ölkənin gələcəyinin necə olacağı aydın deyil.

Cənubdan İsrail İranın müttəfiqinin hərbi qüvvələrini zəiflətmək üçün zərbələr endirməyə başlayıb.

Şimalda Türkiyənin dəstəklədiyi üsyançıların əraziləri ələ keçirməsi Suriya kürdlərinin qaçmasına səbəb olub.

ABŞ prezidenti Co Bayden Suriyada İslam Dövləti qrupunun hədəflərinə hava zərbələri endirmək üçün hərəkətə keçdi.

Prezident Co Bayden: “Birləşmiş Ştatlar Suriyadakı tərəfdaşlarımız və maraqlı tərəflərlə işləyərək, onlara riskləri idarə etmək imkanından istifadə etməyə kömək edəcək”.

Bunun əksinə olaraq, yeni seçilmiş prezident Donald Tramp qarışmamaq kimi bir yanaşmaya işarə etdi.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp: “Dünyada sanki qarışıqlıq olduğu görünür”.

Əsədi devirən müxalif qrup olan Heyət Təhrir əş-Şam ABŞ tərəfindən xarici terror təşkilatı siyahısına salınıb.

Bununla belə, Tramp ABŞ-ın Suriyada münaqişədən kənarda qalmasını istəyir. “Bu, bizim mübarizəmiz deyil”, o, sosial şəbəkələrdə yazıb.

Trampın kəşfiyyat direktoru vəzifəsinə namizədi Tulsi Qabbard bununla razılaşır.

Kəşfiyyat direktoru vəzifəsinə namizəd Tulsi Gabbard: “O, dəfələrlə dediyi kimi, müharibələrə son qoymağa, güc vasitəsi ilə sülh nümayiş etdirməyə, milli təhlükəsizlik maraqlarını və Amerika xalqının təhlükəsizliyini, müdafiəsini və azadlığını hər şeydən üstün tutmağa sadiqdir”.

Bununla belə, Əsədin getməsi ilə Tramp müdaxilə etməməklə bağlı mövqeyini ABŞ-ın İsrail və İordaniya kimi müttəfiqlərini qorumaq və İslam Dövləti kimi terror qruplaşmalarının dirçəlişinin qarşısını almaq hədəfləri ilə balanslaşdırmağa ehtiyac duya bilər.

Terrorizmə qarşı mübarizə üzrə ekspert Kristofer O’Liri: “Kimyəvi silahlara çıxışın azaldılması, idarə olunmayan məkanda və ya dövlətlərin nəzarətində olmayan, başqa heç kimin bunu edə bilməyəcəyi məkanda məlum terror təşkilatlarının imkanlarının azaldılması məncə, çox ağıllı addımdır. Düşünürəm ki, bu, çox güman ki, prezident Trampın davam etdirəcəyi işdir”.

Tramp ilk prezidentliyi dönəmində kimyəvi silahlarla hücumlara cavab olaraq Əsəd rejiminə zərbələr endirmək əmrini vermiş, lakin diqqəti daha çox İŞİD-i məğlub etməyə yönəltmişdi.

O, 2019-cu ildə ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılmasına əmr verərək, neft yataqlarını qorumaq üçün bir neçə yüz Amerika əsgərini saxlamışdı.

O, müttəfiqləri tərk etdiyi üçün tənqid edilib. ABŞ qüvvələri çıxarıldıqdan sonra Türkiyə Suriyada İŞİD-i məhv etmək üçün Amerika əsgərləri ilə birlikdə döyüşən kürd qüvvələrinə qarşı hücumlara başladı.

Bu dəfə isə Tramp deyib: “Qoy işlər öz axarı ilə getsin. Müdaxilə etməyin”.

Lakin ABŞ-ın regionda maraqları nəzərə alınsa, bunu demək etməkdən daha asan ola bilər.

Forum

XS
SM
MD
LG