Rusiya xəbər agentlikləri Suriyanın devrilmiş prezidenti Bəşar Əsəd və ailəsinin Suriyada üsyançıların irəliləyişi nəticəsində qaçmağa məcbur edildikdən sonra bazar günü Moskvaya gəldiyini bildirir.
Rusiya mediasında verilən məlumatlara əsasən, Əsədin ailəsinə sığınacaq verilib. Rusiya Əsədin yaxın müttəfiqi idi.
Bundan öncə Əsədin qəddar repressiyaları və üsyançı hərəkatının genişlənərək, ölkəni təxminən 14 il davam edən vətəndaş müharibəsinə sürükləməməsindən əvvəl Ərəb baharının ilk günlərini xatırladan üç ulduzlu Suriya inqilab bayrağını dalğalandıran sevincli izdiham paytaxt meydanlarını doldurub. Bəzi suriyalılar məscidlərdə namaz qılıblar.
Üsyançı qüvvələr ölkədə həbsxanaları açıb, Əsədin həbs etdiyi və işgəncə verdiyi siyasi məhbusları və cinayətkarları azad edib. Devrilmiş lider və digər yüksək səviyyəli rəsmilər ölkədən qaçdıqdan sonra insanlar prezident sarayına və Əsəd ailəsinin iqamətgahına daxil olublar.
Əsədin süqutu üsyançılar bir neçə gün ərzində Hələb, Həma və Homs şəhərlərini ələ keçirməsi ilə təəccüblü dərəcədə sürətli oldu.
ABŞ Prezidenti Co Bayden bazar günü üsyançı döyüşçülərin Suriya prezidenti Bəşar Əsədi devirməsindən sonra Birləşmiş Ştatların Suriyada tərəfdaşlar və maraqlı tərəflərlə imkanların dəyərləndirilməsi və risklərin idarə edilməsi üçün işləyəcəyəni bildirib.
Bayden Ağ Evdə Suriyada baş verənlərlə bağlı açıqlamalar verərək, ABŞ-ın keçid dövründə Suriyanın qonşularına dəstək verəcəyini və üsyançı qrupların söz və hərəkətlərini qiymətləndirəcəyini bildirib.
Bayden ABŞ-ın Əsədin harada olduğunu rəsmən bilmədiyini, lakin onun Moskvaya qaçdığına dair xəbərlərin olduğuna diqqət çəkib. O, Əsədin “məsuliyyətə cəlb edilməli olduğunu” bildirib.
Üsyançılara mənşəyi Əl-Qaidə ilə bağlı olan və ABŞ və Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınan Hayat Təhrir Əş-Şam qruplaşması (HTS) rəhbərlik edir.
2011-ci ildən başlayaraq Əsəd hakimiyyətinin son illəri yarım milyondan çox suriyalının həlak olduğu və ölkənin müharibədən əvvəl 22 milyon əhalisinin ən azı yarısını didərgin düşdüyü amansız və qanlı vətəndaş müharibəsi ilə yadda qalır.
Hazırda Suriyanın taleyi qeyri-müəyyən olaraq qalır. Əsədin devrilməsi onun əsas dəstəkçisi olan İran və onun Yaxın Şərqdə bir ildən çoxdur diqqətlərini İsraillə davam edən münaqişəyə yönəldən müttəfiqləri üçün böyük zərbədir.
Hizbullah militanatları bir müddət əvvəl Livanda İsraillə atəşkəs əldə edib. Qəzzada isə İran tərəfindən maliyyələşdirilən HƏMAS və İsrail arasında müharibə davam edir.
Əbu Məhəmməd Əl-Culani HTS qrupuna rəhbərlik edir və ölkənin inkişafının bilavasitə istiqamətlərini müəyyən edə bilər. O, Əl-Qaidə qrupunin keçmiş komandiridir və qrupla əlaqələri illər əvvəl kəsib və plüralizmi və dini tolerantlığı dəstəklədiyini deyir.
Lakin ölkədə kəskin fikir ayrılıqları mövcuddur. Türkiyənin dəstəklədiyi müxalif döyüşçülər şimalda ABŞ-ın dəstəklədiyi kürd qüvvələri ilə döyüşür və İslam Dövləti qruplaşması hələ də bəzi ucqar ərazilərdə fəaldır.
Üsyançı qrup Suriya dövlət televiziyası vasitəsilə “cinayətkar rejimin çökdüyünü” və bütün məhbusların azad edildiyini bildirən video bəyanat yayıb. Onlar insanları “azad Suriya dövləti”nin təsisatlarını qorumağa çağırıblar. Daha sonra üsyançılar Dəməşqdə saat 16:00-dan 5:00-a qədər qadağan saatı elan ediblər.
Üsyançılar əsasən Suriyanın sünni müsəlman əksəriyyətinin bir hissəsini təşkil edir. Ölkədə həmçinin böyük druz, xristian və kürd icmaları da var.
BMT-nin Suriya üzrə xüsusi elçisi Geir Pedersen şənbə günü “nizamlı siyasi keçidi” təmin etmək üçün Cenevrədə təcili danışıqlara çağırıb.
Forum