Azərbaycan, Türkiyə və Səudiyyə Ərəbistanı kəşfiyyat sahəsində üçtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə edir.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, dekabrın 3-də müdafiə naziri Zakir Həsənov Səudiyyə Ərəbistanı Krallığının hərbi nümayəndə heyətini qəbul edib.
Görüşdə hərbi təhsil və regional təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirələri müzakirə edilib.
Nazir Həsənov Bakıda Azərbaycan-Türkiyə-Səudiyyə Ərəbistanı arasında kəşfiyyat sahəsində üçtərəfli formatda keçiriləcək işçi görüşünün iştirakçılarına uğurlar arzulayıb.
Nümayəndə heyətini Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev də qəbul edib.
Müdafiə Nazirliynin məlumatında deyilir ki, tərəflər təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıb və maraq doğuran bir çox digər məsələlərə dair müzakirələr aparıblar.
Xatırladaq ki, Türkiyə hərbi kəşfiyyat idarəsinin rəhbəri də Bakıya səfərə gəlib.
Forum