Accessibility links

Almaniya kansleri Kyivə səfər edib və Ukraynaya yeni hərbi yardım ayırdığını açıqlayıb


Almaniya kansleri Olaf Şolts dekabrın 2-də Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kyivə səfər edib.

Şolts qeyd edib ki, Ukrayna Almaniyaya arxalana bilər. "Biz nə etdiyimizi deyirik. Və dediyimizi edirik", Şolts yazıb.

Almaniya kansleri həmçinin bildirib ki, Zelenski ilə görüşdə dekabrda 650 milyon avro dəyərində müdafiə ləvazimatlarının tədarükünü elan edəcək.

Şolts təxminən iki il yarım müddətdən sonra ilk dəfə olaraq Kyivə gedib. Bundan əvvəl o, 2022-ci ilin iyununda Fransa, İtaliya və Rumıniya liderləri ilə birlikdə Ukraynada olmuşdu.

2024-cü il noyabrın ortalarında Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Bu söhbətdən sonra Almaniya kansleri Rusiya prezidentinin müharibə ilə bağlı fikirlərinin dəyişmədiyini və bunun pis xəbər olduğunu deyib.

Almaniya nazirlər kabineti bildirib ki, Şolts söhbət zamanı “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini pisləyib və prezident Putini qoşunları geri çəkməyə çağırıb” və həmçinin “lazım olduğu müddətdə Ukraynanı dəstəkləməkdə sarsılmaz qətiyyətini” ifadə edib.

Kreml isə öz növbəsində qeyd edib ki, Putin və Şolts Ukraynadakı vəziyyətlə bağlı “ətraflı və səmimi fikir mübadiləsi aparıblar”. Rusiya prezidenti “böhran NATO-nun uzun illər apardığı təcavüzkar siyasətinin birbaşa nəticəsi olduğunu” deyib və “Rusiya tərəfinin danışıqlardan heç vaxt imtina etmədiyini və danışıqların bərpasına açıq olduğunu” vurğulayıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG