Baş nazir İrakli Kobaxidzenin 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarını dayandırdığını elan etməsindən sonra Tbilisi, Kutaisi və Batumidə etirazlar başlayıb. Bu barədə “Exo Kafkaza” və “Paper Kartuli” məlumat yayıb.
Tbilisi və Kutaisidə etirazçılar hakim “Gürcü Arzusu” partiyasının ofisləri yaxınlığında yolları bağlayıb. Tbilisidə Rustaveli prospektinin parlament binası yaxınlığındakı hissəsi bağlanıb.
Shot yazır ki, nümayişçilər Prezident Administrasiyası binası yaxınlığında toplaşıb. Telekanalın məlumatına görə, Rustaveli prospektində xüsusi təyinatlılar yerləşdirilib və bir neçə nəfər saxlanılıb.
“Tbilis Life” kanalı Kutaisidə polislə şiddətli toqquşmalardan yazır.
Tbilisidə etirazçılar bildiriblər ki, hakimiyyətin Aİ ilə danışıqları dayandırmaq qərarı ölkənin maraqlarına xəyanətdir və Gürcüstan Konstitusiyasının Avropaya inteqrasiya istəyini təsbit edən 78-ci maddəsinin pozulmasıdır.
Onların fikrincə, bu kimi hərəkətlər ölkənin gələcəyini təhlükə altına qoyur və Avropa ilə yaxınlaşma istiqamətində uzun illərin səylərini məhv edir.
Gürcüstan prezidenti Salome Zurabişvili deyib ki, bu gün “konstitusiya çevrilişinin sonu; Avropadan Rusiyaya doğru hərəkət”dir. Bu gün bu qeyri-qanuni hökumət öz xalqına, öz keçmişinə və gələcəyinə müharibə elan edib, bu yolda Rusiyadan başqa nə Gürcüstanın dövlət suverenliyi, nə müstəqilliyi, nə də gələcəyi var”.
Zurabişvili müxalifəti də birliyə çağırıb: “Bu gün bu problemlə üzləşərkən ya birlikdəyik, ya da deyilik”.
Baş nazir İrakli Kobaxidze bəyan edib ki, rəsmi Tbilisi 2028-ci ilə qədər Aİ-yə üzvlüklə bağlı danışıqlardan imtina edir.
Forum