Accessibility links

Norveçdə Rusiya və İrana casusluqda şübhəli bilinən ABŞ səfirliyinin mühafizəçisi həbs edilib


Osloda Rusiya və İranın xeyrinə casusluqda şübhəli bilinən ABŞ səfirliyinin 20 yaşlı mühafizəçisi saxlanılıb. Bu barədə “Reuters” Norveç Polisinin Təhlükəsizlik Xidmətinə (PST) istinadən məlumat verib.

Həmin şəxs noyabrın 20-də öz evində saxlanılıb, ertəsi gün isə Norveç məhkəməsi onun dörd həftə müddətinə həbs olunmasına qərar verib.

PST-nin sözçüsü Tomas Blom bildirib ki, saxlanılan şəxs istintaqla əməkdaşlıq edir. Onun sözlərinə görə, “külli miqdarda” rəqəmsal materiallar müsadirə edilib.

Şübhəlinin vəkili Con Kristian Elden müvəkkilinin Rusiya və İran kəşfiyyat rəsmiləri ilə əlaqə saxladığını, lakin onlara məxfi məlumatlar verib-vermədiyinin aydın olmadığını bildirib. Onun təqsirli olub-olmadığını sonrakı araşdırmalar göstərəcək”, o əlavə edib.

2022-ci ilin oktyabrında Xose Assis Giammaria casusluqda şübhəli bilinərək Norveçdə saxlanılıb. Norveç kəşfiyyat orqanları Braziliya vətəndaşlığının və Tromso Universitetində “qonaq tədqiqatçı” statusunun sadəcə bir örtük olduğunu bildirib.

Insider və Bellingcat Giammarianın əsl adının Mixail Mikushin olduğunu müəyyən edib və onun GRU (Rusiyanın Baş Kəşfiyyat İdarəsi) ilə əlaqəsini təsdiqləyə bilib.

Forum

XS
SM
MD
LG