Accessibility links

ABŞ BMT-nin Qəzzada atəşkəsə çağıran ən son qətnaməsinə veto qoyub


İsrailin Livanda qərargahlanan militant qrupu Hizbullahla atəşkəsə dair çağırışlar fonunda ABŞ nümayəndəsinin cümə axşamı İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşəcəyi gözlənilir.

Elçi Amos Hokstin bu həftə livanlı rəsmilərlə, o cümlədən militantlar üçün vasitəçilik edən Hizbullah müttəfiqi olan parlament spikeri Nəbih Berri ilə konstruktiv adlandırdığı danışıqlarda irəliləyişin olduğunu bildirib.

İsrail qüvvələri hərbi kampaniyalarını davam etdirib. Netanyahu bildirir ki, bu hərbi kampaniyanın məqsədi Hizbullahı Livanın cənubunda militantların İsrailin şimalına təhlükə yarada biləcək sərhəd bölgələrindən geri itələmək məqsədi daşıyır.

İsrail ordusu Livanın cənubunda, Beyrutun cənub ətraflarında və Tire bölgəsində yeni təxliyə əmrləri verib. İnsanları qaçmağa çağıran bu cür çağırışlar tez-tez İsrailin, ordunun sözlərinə görə, Hizbullah döyüşçülərini hədəf alan hücumları ilə müşayiət olunur.

İsrail Qəzza zolağında HƏMAS militantlarına qarşı mübarizədə eyni taktikadan istifadə edib. Ancaq bu strategiyanı tənqid edənlər deyirlər ki, çox vaxt insanların getməyə təhlükəsiz yeri olmur və onlara tərk etmələri üçün çox az vaxt verilir.

“Onlar ilişib qalıblar, gedəcəkləri təhlükəsiz yer yoxdur," Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlar üzrə Agentliyinin rəhbəri Filip Lazzarini cümə axşamı bildirib. "Qəzzanın şimalında insanlar sıx mühasirədə qalırlar. Onlar bir döngü içərisində öz canlarını qurtarmaq üçün qaçırlar və artıq 40 gündən çoxdur ki, humanitar yardımdan məhrumdurlar.”

Atəşkəs qətnaməsi

Birləşmiş Ştatlar çərşənbə günü BMT Təhlükəsizlik Şurasının Qəzzada daimi atəşkəs və israilli girovların azadlığa buraxılmasını tələb edən qətnaməsini blok edib və və qətnamədəki yazı üslübunun HƏMAS-a yanlış mesaj göndərə biləcəyini bildirib.

"Birləşmiş Ştatlar belə bir nəticənin qarşısını almaq üçün həftələrlə xoş niyyətlə çalışıb," səsvermədən sonra ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud bildirib. "Biz danışıqlar boyu açıq şəkildə bildirmişik ki, girovların azad edilməsinə gətirib çıxarmayan, qeyd-şərtsiz atəşkəsi dəstəkləyə bilmərik, çünki bu şuranın daha əvvəl də çağırış etdiyi kimi, müharibəyə davamlı son qoyulması üçün girovlar da azad edilməlidir. Bu iki təcili məqsəd bir-birinə ayrılmaz şəkildə bağlıdır.”

Bu, 14 ay öncə İsraillə HƏMAS arasında müharibə başlayandan bəri dördüncü dəfədir ki, ABŞ Qəzza ilə bağlı qətnaməyə veto qoyur.

İflasa uğrayan qətnamə "bütün tərəflərin dərhal, qeyd-şərtsiz və daimi atəşkəsə əməl etməsini tələb edir və bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi tələbini bir daha təkrarlayır."

Mətn Təhlükəsizlik Şurasının seçilmiş 10 üzvü tərəfindən hazırlanaraq, irəli sürülüb. Onlar son aylarda şuranın müharibəni dayandırmaq və HƏMAS tərəfindən saxlanılan girovları azad etmək üçün qətiyyətli addımlar ata bilməməsi ilə bağlı məyusluqlarını ifadə ediblər.

Vud bildirib ki, təklif olunan qətnamə “HƏMAS”a danışıqlar masasına qayıtmağa ehtiyacın olmadığına dair təhlükəli mesaj göndərəcək.

Fələstinli nümayəndə bildirib ki, təklif olunan atəşkəs hər şeyi həll etməyəcək, lakin bu, ilk addım olacaq və zorakılıqlar baş verdiyi zaman ona veto qoyulması əsassızdır.

İsrail səfiri isə bildirib ki, təklif olunan mətn terrorçuların cəzasız hərəkət edə biləcəyinə adir mesaj verəcək.

Şura üzvləri qətnamənin qəbul edilməməsindən məyus olduqlarını ifadə ediblər və 15 dövlətdən ibarət Təhlükəsizlik Şurasında ərəb millətlər qrupunu təmsil edən Əlcəzair tezliklə daha da güclü bir qətnamə ilə geri dönəcəyini bildirib.

Hizbullah bu kampaniyasına müttəfiqi olan HƏMAS 2023-cü ilin oktyabrın 7-də İsrailə qarşı terror hücumu həyata keçirdikdən sonra başlayıb. Həmin hücumda 1200-ə yaxın israilli öldürülüb, 250 nəfər girov götürülüb. Girovlardan 100-ə yaxını hələ də azad edilməyib, lakin onların üçdə birinin öldüyü güman edilir.

Hücumdan sonra İsrail Qəzzada HƏMAS-ı məhv etmək üçün kampaniyaya başlayıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, bu, 44 minə yaxın insanın ölümünə səbəb olub.

Rəsmilərin məlumatına görə, Hizbullahla döyüşlər başlayandan bəri Livanda 3500-dən çox insan həlak olub.

Həmas və Hizbullah ABŞ, Böyük Britaniya və digər Qərb ölkələri tərəfindən terror qrupları kimi tanınıb.

Forum

XS
SM
MD
LG