Türkiyə Prezidenti Tayyip Ərdoğan çərşənbə axşamı bildirib ki, Türkiyə İsrail Prezidenti İsaak Herzoqa Azərbaycanda keçirilən COP29 iqlim sammitində iştirak etmək üçün Türkiyənin hava məkanından istifadə etməsinə icazə verməyib. Bu da Ankaranın İsraillə gərginlik fonunda mövqeyini sərgiləyir.
“Biz İsrail prezidentinə COP sammitində iştirak etmək üçün bizim hava məkanımızdan istifadə etməyə icazə vermədik. Biz alternativ yollar və başqa variantlar təklif etdik,” Ərdoğan Braziliyada keçirilən G20 Sammitində jurnalistlərə bildirib.
Herzoq nəticədə səfərini ləğv edib.
“Vəziyyəti qiymətləndirməmiz nəticəsində və təhlükəsizlik səbəbi ilə dövlət prezidenti Azərbaycanda İqlim Konfransına səfərini ləğv etmək qərarına gəlib,” İsrailin prezident aparatı bildirib.
İsrail bir il öncə fələstinli militant qrupu HƏMAS-ın ölkənin cənubuna hücum etməsindən sonra Qəzzada HƏMAS-a qarşı müharibəyə başlayıb.
Türkiyə Qəzzada müharibə başlayandan sonra İsrailə səfirini geri çağırıb, amma İsraillə əlaqələrini rəsmi olaraq kəsməyib. Türkiyənin İsraildəki səfirliyi açıqdır və fəalliyət göstərir.
“Açığı gedib-getmədiyini bilmirəm,” Erdoğan Herzoqun Bakıya səfəri ilə bağlı deyib.
“Biz Türkiyə olaraq müəyyən məsələlərdə mövqe nümayiş etdirməliyik və bu mövqeyimizi davam etdirəcəyik,” o deyib.
Forum