ABŞ Prezidenti seçilən Donald Tramp çərşənbə axşamı Linda MakMahonu təhsil naziri vəzifəsinə nominasiya etdiyini açıqlayıb.
MakMahon Trampın bir öncəki vəzfiə müddətində Kiçik Biznes Administrasiyasının başçısı kimi xidmət göstərib və onillərlə World Wrestling Entertainment şirkətinə rəhbərlik etməyə yardım etməsinə görə tanınır.
“Linda onilliklər boyu davam edən liderlik təcrübəsindən həm təhsil, həm də biznes sahəsi ilə bağlı dərin anlayışından gələcək nəsil Amerika tələbələri və işçilərini gücləndirmək və Amerikanı dünyada təhsildə bir nömrə etmək üçün istifadə edəcək,” Tramp deyib.“Biz təhsilə [nəzəarəti] ştatlara geri verəcəyik və Linda bu səylərə rəhbərlik edəcək.”
Çərşənbə axşamı daha erkən saatlarda isə Tramp Voll Strit maliyyəçisi Houard Lutniki yeni administrasiyasında ticarət naziri vəzifəsinə nominasiya edib.
63 yaşlı milyarder Trampın keçid komandasının həm-sədridir. O, Tramp yanvarın 20-də vəzifəyə gəlməsindən sonra yüksək vəzifəli dövlət işlərinə təyin olunacaq insanları nəzərdən keçirib, yoxlamağa kömək edir. Lutnik son aylarda Trampı açıq şəkildə dəstəkləyib.
Cantor Fitzgerald qlobal maliyyə xidmətləri şirkətinin baş icraçı direktoru və sədri olan Lutnikin maliyyə naziri vəzifəsinə nəzərdən keçirildiyi bildirilirdi. Ancaq Trampın tərəfdaşları Lutnikin bir başqa aparıcı namizəd, investor Skott Bessentlə mübahisələri fonunda maliyyə naziri vəzifəsinə nominasiya edilməyib. Həmin vəzifəyə hələ ki, heç kim təyin olunmayıb.
Əgər Senat tərəfindən təsdiq olunsa, Lutnik prezidentin iqtisadi və ticarət siyasətini həyata keçirməkdə aparıcı rol oynayacaq.
Tramp idxal olunan mallara rüsumların geniş şəkildə artırılmasını təklif edib. Bunun məqsədi Amerikada eyni məhsulların istehsalını artırmaqdır, amma qısa müddətdə Amerika istehlakçıları üçün qiymətləri artırmaq və qlobal iqtisadiyyatı pozmaq riski daşıyır.
Ticarət Departamenti yarımkeçiricilər, kibertəhlükəsizlik və patentlər də daxil olmaqla bir sıra federal biznes siyasətlərinə nəzarət edir və dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da yeni bizneslərin və iqtisadi inkişafın təşviqinə kömək edir.
Lutnik daha öncə həm Demokratlar, həm də Respublikaçılara ianə verib. O həmçinin Tramp 2016-cı ildə birinci dəfə prezident seçilmədən öncə Trampın NBC televiziya kanalındakı “The Apprentice” verilişində iştirak edib.
Lutnikin rəhbərlik etdiyi Cantor Fitzgerald şirkəti 2001-ci il 11 sentyabr hücumlarında ən çox içşisini itirən şirkətdir. Belə ki, əl-Qaidənin Nyu Yorkda Dünya Ticarət Mərkəzinin əkiz binalarına terror hücumu zamanı şirkətin 960 işçisindən 658-i həlak olmuşdu. Bundan əlavə binalar çökdüyü zaman Cantor Fitzgerald-ın ofislərində olan 46 podratçı və ziyarətçi də həlak olub.
Ölənlər arasında Lutnikin qardaşı da olub. Houvard Lutnik isə həmin zaman oğlunu məktəbə apardığı üçün sağ qalıb.
O daha sonra hücumların və təbii fəlakətlərin qurbanlarının ailələrinə kömək etmək üçün Cantor Fitzgerald Yardım Fondunu yaradıb.
Çərşənbə axşamı Tramp həmçinin televiziya şousunun aparıcısı Dr. Mehmet Özü Tibbi Xidmətlər Mərkəzinin administratoru vəzifəsinə təyib edib. Bu idarə dövlətin yaşlı amerikalılar və yoxsul inanslar üçün nəzərdə tutulan iki əsas proqrama nəzarət edir. Tramp 2022-ci ildə Özün Pensilvaniyada Senata namizədliyini dəstəkləmişdi, amma Öz məğlub olmuşdu.
Forum