Qəzza səhiyyə rəsmiləri çərşənbə günü İsrailin Qəzza zolağında silsilə hücumları nəticəsində azı 17 fələstinlinin həyatını itirdiyini bildirib. İsrailin Qəzzanın şimalındakı Cəbəliya bölgəsində bir evə endirdiyi hücumda azı 12 nəfər həlak olub.
İsrail ordusu bildirib ki, Qəzzanın şimalında HƏMAS militantları ilə döyüşlər zamanı əsgərlərindən biri ölüb, digəri isə yaralanıb. İsrail qüvvələri və Hizbullah döyüşçülərinın bir neçə aydır intensiv döyüşlər apardığı Livanın cənubunda Livan ordusunun əsgərlərindən birinin İsrailin atəşi nəticəsində öldürüldüyünü bildirilib.
Livan ordusunun bəyanatında deyilir ki, İsrail qüvvələri Livan ordusuna məxsus avtomobili vurub. Hücum Livan hərbçilərinin İsrail qüvvələrinin Livanın cənubundakı Sarafand bölgəsindəki mövqelərindən birini vurması nəticəsində 3 əsgərin həlak olmasından bir gün sonra baş verib.
Fransa Xarici İşlər Nazirliyi də çərşənbə günü bildirib ki, Livanın cənubunda BMT sülhməramlı qüvvələrinin tərkibində xidmət edən fransız əsgərləri atəşə tutulub. Nazirlikdən verilən açıqlamada insidentə görə heç kim günahlandırılmasa da, BMT əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanıb.
ABŞ diplomatı çərşənbə axşamı İsrail və İranın dəstəklədiyi Hizbullah arasında döyüşlərə son qoyacaq mümkün atəşkəs razılaşmasına ümid etdiyini bildirib.
"Bizim bu münaqişəni sona çatdırmaq üçün real imkanımız var" deyən Amos Xoxştein Livan rəsmiləri, o cümlədən militantlar üçün vasitəçilik edən Hizbullah müttəfiqi parlament sədri Nəbih Berri ilə "çox konstruktiv danışıqlar" apardığını bildirib. Xoxştein iki tərəf arasında fikir ayrılıqlarının daraldığını və münaqişənin sona çatmasının “bizim əlimizdə olduğunu” deyib.
Berrinin köməkçisi Əli Həsən Xəlil bazar ertəsi Reuters agentliyinə bildirib ki, Livan hökuməti və Hizbullah keçən həftə təqdim edilən təkliflə razılaşıblar və hər ikisi məzmunla bağlı bəzi şərhlər verib.
Lakin İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, atəşkəs əldə olunsa belə İsrail Hizbullaha qarşı hərbi əməliyyatları davam etdirəcək. Netanyahu İsrail parlamentində deyib: “Ən vacibi [sövdələşmə] kağız üzərindəki deyil. "Biz [İsrailin] şimalında təhlükəsizliyimizi təmin etməyə və Hizbullahın hücumlarına qarşı sistemli şəkildə əməliyyatlar həyata keçirməyə məcbur olacağıq... hətta atəşkəsdən sonra belə", o deyib. Netanyahu həmçinin bildirib ki, Hizbullahın atəşkəsə hörmətlə yanaşacağına dair heç bir sübut yoxdur.
Müqavilə layihəsi İsrail quru qüvvələrini Livandan çıxaracaq və Hizbullah qüvvələrini İsrail sərhədindən təxminən 32 kilometr uzaqlaşdıracaq.
Associated Press xəbər verir ki, razılaşmanın bir hissəsi olaraq Livanın cənubundakı bufer zonaya daha çox Livan əsgərləri və BMT sülhməramlıları göndəriləcək.
Hizbullah kampaniyasına müttəfiqi HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücum etməsindən sonra başlayıb. 1200-ə yaxın israilli öldürülüb, 250 israilli isə girov götürülüb Girovlardan 100-ə yaxını hələ də azad edilməyib, lakin onların üçdə birinin öldüyü güman edilir.
Qəzza səhiyyə nazirliyi hücumdan sonra İsrail Qəzzada təxminən 44 min insanın ölümünə səbəb olan HƏMAS-ı məhv etmək üçün kampaniyaya başlayıb.
Səlahiyyətlilərə görə, Hizbullahla döyüşlər başlayandan bəri Livanda 3500-dən çox insan həlak olub. Ölənlərin əksəriyyəti sentyabrın sonundan bəri baş verib.
HƏMAS və Hizbullah ABŞ tərəfindən terror təşkilatları kimi tanınıb.
Forum