Accessibility links

Nümayəndələr Palatasının spikeri deyir ki, Trampın kabinetinə təyinatları status-kvonu dəyişəcək


Nümayəndələr Palatasının spikeri deyir ki, Trampın kabinetinə təyinatları status-kvonu dəyişəcək
please wait

No media source currently available

0:00 0:02:43 0:00

ABŞ Prezidenti seçilən Donald Tarmpın nazirlər kabinetinə təyinatları həm Demokrat həm də Respublikaçı çevrədə “mübahisəli” kimi təsvir edilir. Nümayəndələr Palatasının Respublikaçı spikeri Mayk Conson bazar günü tənqidçilərə xatırladıb ki, Amerika xalqı status-kvonu dəyişməyə səs verib və yeni kabinet rəsmilərinə də, təsdiqləndikləri halda, bunu etmək tapşırığı veriləcək. Amerikanın Səsinin müxbiri Veronika Baldera İqlesiasın reportajını təqdim edirik.

Prezident seçilən Donlad Tramp həftə sonu nazirlər kabinetinə təyinatlar etməyə davam edib. Onlar arasında enerji naziri vəsifəsinə təyin olunan neft və qaz sənayesinin müadfiəçisi Krist Brayt var.

Tramp kabinetindəki əsas vəzifələrə siyasi dəstəkçilərini təyin edib.

Onun seçdiyi adamlardan xüsusilə də biri, baş prokuror roluna təyin edilən sabiq Respublikaçı konqresmen Met Qeytz mübahisələrə səbəb olmağa davam edir. Qeytz ötən həftə istefa etmədən öncə Nümayəndələr Palatasının Etika Komitəsi onun cinsi istismar və qanunsuz narkotikdən istifadə ilə məşöul olub=olmadığını araşdırırdı. Qeyts ittihamları rədd edib.

Demokrat senator Adam Şiff CNN-nin “State of the Union” verilişində deyib ki, onun fikrincə Qeytz təklif olunan rolda xidmət göstərməyə yararlı deyil.

“Bizim həqiqətən də uşaqların cinsi alverində iştirak etdiyinə, potensial qeyri-qanuni narkotik istifadə etdiyinə, istintaqa əngəl törətdiyinə dair etibarlı iddiaların olduğu, Ədliyyə Departamentində xidmət təcrübəsi olmayan amma onun tərəfindən təhqiq edilən bir baş prokurorumuzmu olacaq?” Demokrat Senator Adam Şiff deyib.

Respublikaçı Senator Markveyn Mullin inanır ki, Senatın təhqiqatın nəticələri ilə tanış olmaq imkanı olmalıdır, amma o, NBC-nin “Meet the Press” verilişində deyib ki, Qeytz bu rola təsdiqlənmək üçün bir fürsətə layiqdir.

“Mənim şübhəm yoxdur ki, Prezident Tramp Metin doğru işi görmək üçün doğru insan olduğuna inanır. Met bütün digər namizədlər kimi eyni rəftarı görəcək,” Respublikaçı senator Markveyn Mullin deyir.

Nümayəndələr Palatasının azlıq lideri, Demokrat nümayəndə Hakim Ceffris də bazar günü NBC kanalında çıxış edib.

O, prezident seçilən Trampın nazirlər kabinetinə namizədlərini sual edib, çünki onların bəzilərinin təyin olunduqları rollarla bağlı təcrübələri yoxdur.

“Qarşılaşdığımız bir çox problem fonunda Amerikanın belə bir anda ortaya qoyduğu ən yaxşısı budurmu? Təbii ki, yox,” Nümayənədələr Paltasının azlıq lideri Hakim Ceffris deyib.

Nümayəndələr Palarasının spikeri Mayk Conson vurğulayıb ki, Amerika xalqı Donald Trampa səs verməklə Respublikaçılara status kvonu dəyişmək üçün mandat verib.

“Hər bir prezidentin öz kabinetinə təyinatlar etmək, onların gündəliyini həyata keçirəcəyinə inandığı insanları nominasiya etmək haqqı var. Və bu siyahıda olan insanlar da bunu edəcək. Onlar rəhbərlik etmələri tələb olunan idarələrə gedib, orada islahatlar aparacaqlar,” Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.

Trampın kabinetə təyinatlarının çoxunun təsiq dinləmələrindən sonra Senatın razılığını alacaqları gözlənilir. Prezident seçilən Tramp həmçinin Senatın Respublikaçı liderlərini ona dinləmələrə ehtiyacı aradan qaldıracaq “tətil təyinatı” etməyə, yəni təyinatlarını Senat tətildə ikən etməyə çağırıb.

Forum

XS
SM
MD
LG