Accessibility links

ABŞ-ın energetika naziri: Azərbaycan həm də təmiz enerji ixracatçısı ola bilər


ABŞ -ın energetika  naziri  Cennifer Qranholm (Jennifer M. Granholm)
ABŞ -ın energetika  naziri  Cennifer Qranholm (Jennifer M. Granholm)

"Biz Azərbaycanla enerji sahəsində uzun müddət işləmişik."

Bu barədə ABŞ -ın energetika naziri Cennifer Qranholm keçirdiyi mətbuat konfransında Amerikanın Səsinin ABŞ-ın Azərbaycana bərpa olunan və yaşıl enerjiyə keçiddə necə kömək edə biləcəyinə dair sualına cavabında deyib.

O bildirib ki, hər iki ölkə qazıntı yanacağı və emissiya istehsal edir.

“Biz həm də qalıq yanacaq istehsal edən ölkəyik. Beləliklə, biz CO2 emissiyalarını azaldacaq və təmiz enerjiyə keçidə kömək edəcək eyni növ texnologiyalar üzərində işləyirik. Mən bilirəm ki, bu həftə Azərbaycan Prezidenti 6 giqavatlıq bərpa olunan enerjini elan etdi, bu, çox gözəldir. Düşünürəm ki, indilik sizin potensialınız 8 giqavatdır”, Cennifer Qranholm deyib.

ABŞ rəsmisi Azərbaycanın təmiz enerji ixracatçısı ola biləcəyini də qeyd edib.

“Ona görə karbon emissiyalarını azaltmaq və təmiz enerjiyə keçiddə də eyni növ texnologiyalar üzərində işləyirik. Əsas məsələ odur ki, siz yalnız təmiz enerji istifadəçisi deyil, ixrac edən ölkə də ola bilərsiniz. Bu Azərbaycana geniş imkanlar, iş potensialı verir”, - deyə Cennifer Qranholm deyib

Forum

XS
SM
MD
LG