Accessibility links

Qəzzada azı 14 nəfər həlak olub, Beyrutda hava hücumları davam edir


Fələstinli rəsmilərin bildirdiyinə görə, İsrailin zərbələri Qəzza bölgəsində ən azı 14 nəfərin ölümünə səbəb olub. İsrail qüvvələrinin sakinlərə evakuasiya əmrindən bir saat keçməmiş, Beyrutun cənub ətraflarında tüstü buludlara yüksəlib.

Beynəlxalq yardım qrupları ABŞ-ın Qəzzaya daha çox yardım çatdırılması üçün çərşənbə axşamına qoyduğu son tarixə İsrailin əməl etmədiyini bildirən hesabat təqdim edib.

Amma İsrail ordusu yüzlərlə ərzaq və su paketlərinin Qəzzanın əməliyyatlar keçirdiyi şimal bölgəsin göndərildiyini açıqlayıb.

Keçən ay Bayden administrasiyası İsrailə Qəzzaya daha çox qida və təchizat göndərməyi tapşırmışdı, əks halda hərbi yardımların azaldılacağı ilə hədələmişdi.

Səkkiz beynəlxalq yardım təşkilatından ibarət bir qrup ABŞ-ın 19 tələblindən tədbirdən 15-nin yerinə yetirilmədiyini və yalnız 4-nün qismən yerinə yetirildiyini bildirib.

BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisi keçən ay Qəzzanın şimalına yardım karvanları göndərilməsi və humanitar ziyarət cəhdlərinin 85%-nin rədd edildiyini və ya onlara maneə törədildiyini bildirib.

“Ofis israil rəsmilərinə Qəzza üzərindəki yoxlama məntəqəsindən keçmək üçün 98 icazə müraciəti edib, yalnız 15 icazə alıb” , BMT-nin sözçüsü Ştefan Dujarric bazar ertəsi bildirib.

Bazar ertəsi gecəsi İsrailin təhlükəsizlik kabineti Qəzzaya daha çox yardım göndərilməsi üçün daha çox yük maşınının gündəlik daxil olmasını təsdiqləyib. Bu barədə Associated Press-ə bir rəsmi məlumat verib.

Forum

XS
SM
MD
LG