Accessibility links

Eldar Əzizov: Güclü yağışlar nəticəsində yaranan problemlə bağlı cinayət işi qaldırılıb


Bakıda güclü yağış nəticəsində Heydər Əliyev prospektinin Bağırov körpüsü ərazisindəki tuneli su basıb (22 oktyabr, 2024)
Bakıda güclü yağış nəticəsində Heydər Əliyev prospektinin Bağırov körpüsü ərazisindəki tuneli su basıb (22 oktyabr, 2024)

Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov bu il oktyabrın 22-də güclü yağışlar nəticəsində yol keçidlərini, tunelləri və çoxsaylı küçələri sel basması barədə Amerikanın Səsinin sualına cavab verib.

Yağışlar nəticəsində kanalizasiya xətləri sel sularını götürə bilməyib. Nəticədə Bakının Sabunçu rayonu ərazisində tuneldə iki nəfər suda boğularaq ölüb.

Eldar Əzizov bildirib ki, güclü yağışdan sonra Bakıda su keçidləri infrastrukturunun zəif yerləri üzə çıxıb.

“Bakı şəhərinin kanalizasiya, su təchizat sistemi “AzərSu”yun balansındadır. Bu onların vəzifələridir. Tunellərə çatanda, AzərYolTikintinin balansındadır. Amma buna baxmayaraq burada Bakı şəhər İcra Hakimiyyəti kooridinator kimi çıxış etməlidir. Biz özümüzü məsuliyyətdən kənarlaşdırmırıq. Biz bu qurumlarla əməkdaşlıq edirik. Tədbirlər görürük ki, bir daha belə hadisələr olmasın,” o, qeyd edib.

Eldar Əzizov: Güclü yağışlar nəticəsində yaranan problemlə bağlı cinayət işi qaldırılıb
please wait
Eldar Əzizov: Güclü yağışlar nəticəsində yaranan problemlə bağlı cinayət işi qaldırılıb

No media source currently available

0:00 0:01:23 0:00

Oktyabrın 21-də axşamdan başlayan leysan yağışları nəticəsində Bakının bir sıra rayonlarında ciddi fəsadlar yaranıb. Sel suları nəqliyyatın intensiv hərəkətində fasilələrin yaranmasına səbəb olub.

Rəsmi məlumatlara görə, tuneldə qalan iki nəfər boğularaq ölüb. Yasamal rayonunda köhnə ikimərtəbəli fərdi evin çökməsi nəticəsində insanlar təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri ümumilikdə 31 nəfəri təhlükəsiz əraziyə təxliyə edib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bakı şəhərində və ətraf ərazilərdə çoxsaylı evlərə, həyətlərə su dolub. Yol keçidlərinə, tunellərə su dolduğundan nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Elə yerlər olub ki, suyun səviyyəsi bir metrdən çox olub.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG