Accessibility links

Talibanın COP 29-da iştirak edəcəyi bildirilir


COP29
COP29

Əfqanıstanda hakimiyyətdə olan Taliban hökumətinin nümayəndələri Birləşmiş Millətlər Təşkilatının iqlim konfransı – COP 29-da iştirak etmək üçün Azərbaycana gələcək.

Bu barədə Reuters agentliyinin noyabrın 10-da Əfqanıstan Xarici İşlər Nazirliyinə istinadən yaydığı eksklüziv məlumatda deyilir.

Agentliyin məlumatında bildirilir ki, Birləşmiş Millətlər Təşkilatı Talibanın Əfqanıstanın Baş Assambleyada yerini tutmasına icazə verməyib və Əfqanıstan hökuməti BMT-yə üzv dövlətlər tərəfindən rəsmi olaraq tanınmır, bu da əsasən Talibanın qadınların təhsilinə və hərəkət azadlığına məhdudiyyətlər qoyması ilə bağlıdır.

Məlumata görə, Taliban rəsmiləri BMT-nin Dohada Əfqanıstanla bağlı təşkil etdiyi görüşlərdə, Taliban nazirləri isə son iki ildə Çin və Mərkəzi Asiyada keçirilən forumlarda iştirak ediblər.

Lakin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına görə, Əfqanıstanın iştirakına baxılması 2021-ci ildən təxirə salınıb, faktiki olaraq ölkə danışıqlardan kənarlaşdırılıb.

Əfqanıstan QHT-ləri də son illərdə iqlim danışıqlarında iştirak etməkdə çətinlik çəkib.

Rəsmi Bakı hələlik bu barədə rəsmi məlumat verməyib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək.

COP-29-un rəsmi məlumatına görə, Bakı sammitində yüzdən çox dövlət və hökumət başçısının iştirakı gözlənilir.

Bu ilin fevralında Əfqanıstanda Azərbaycanın səfirliyi açılıb.

2021-ci il yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikanın Əfqanıstanda səfirliyinin təsis edilməsi haqqında qanunu imzalayıb, 2021-ci ilin iyul ayında isə İlham Məmmədovu Əfqanıstana səfir təyin edib.

Forum

XS
SM
MD
LG