Accessibility links

Bakıda Ukrayna Mərkəzinin açılışı olub


Noyabrın 9-da Bakıda Ukrayna Mərkəzinin açılışı olub.

Mərkəzin açılmasında məqsəd Ukrayna və Azərbaycan arasında mədəniyyətlərarası dialoqun gücləndirilməkdir.

Azərbaycandakı Ukrayna Mədəniyyət Mərkəzinin rəhbəri Olqa Huseva çıxışında bu mərkəzin Azərbaycan auditoriyasına Ukrayna haqqında geniş və aydın məlumatların verilməsində mühüm rol oynayacağını bildirib.

Onun sözlərinə görə, mərkəz mədəni maarifləndirmə və əməkdaşlıq mərkəzi kimi rolunu təbliğ edən dil proqramları, rəsm sərgiləri, film nümayişləri və mühazirələr də daxil olmaqla müxtəlif tədbirlərə ev sahibliyi edəcək.

Tərdbirdə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husev çıxış edərək, ilk öncə Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Daha sonra iki ölkə arasındakı diplomatik, mədəni, humanitar əlaqələrdən bəhs edib.

Ukraynanın Azərbaycandakı səfiri Yuri Husev
Ukraynanın Azərbaycandakı səfiri Yuri Husev

Onun sözlərinə görə, bu mərkəzin fəaliyyət perspektivlərini yüksək qiymətləndirir.

“Mən fürsətdən istifadə edib bu layihənin gerçəkləşməsində dəstək olan yerli və beynəlxalq tərəfdaşlarımıza, habelə tərəfdaş ölkələrimizin Azərbaycandakı səfirliklərinə təşəkkür edirəm. Onların dostluğu və dəstəyi bizim üçün çox önəmlidir. Həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan ukraynalılara da minnətdarlıq bildirmək istəyirəm. İnanıram ki, bu mərkəz Azərbaycan auditoriyasına Ukraynanın tarixi, mədəniyyəti və cəmiyyəti haqqında dəqiq məlumatların çatdırılmasında mühüm rol oynayacaq", səfir deyib.

Açılış mərasimində çıxış edən tarix elmləri namizədi Olena Korotkova bildirib ki, Azərbaycanda ilk Ukrayna arasında arasındakı çoxdan bəri mövcud olan əlaqələr müxtəlif sahələrdə uğurla davam edir.

"Bizim əsas məqsədimiz həm Ukrayna dilinin, həm də vətəndaş və dostluq münasibətlərinin inkişafı, eləcə də adət-ənənələrimizin təbliğindən ibarətdir.

Azərbaycandan olan tələbələr Ukraynada, ukraynalı tələbələr isə Azərbaycanda təhsil alırlar. Biz ümid edirik ki, bu münasibətlər daha da geniş inkişaf edəcək"o, qeyd edib.

Daha sonra tədbir çərçivəsində Azərbaycanda ilk dəfə olaraq ukraynalı fotoqraf Maksim Starikovun “Sındırılmış arzular"” adlı sərgisini təqdim edilib.

Bu sərgi müharibə reallığı içərisində yaşayan müasir ukraynalı uşaqlara həsr olunub.

Forum

XS
SM
MD
LG